SENSASİYA: “Azərbaycan niyə NATO-ya üzv olmalıdır?” -Türkiyə bufer zonası yarada bilər
20-10-2023 [16:08]
Bugünlərdə qabağıma bir Qərb analitikinin yazısı çıxdı. “Why Azerbaijan should join NATO” (Azərbaycan niyə NATO-ya üzv olmalıdır?) adlı məqalədə Azərbaycan oxucusu üçün maraqlı ola biləcək xeyli məqamlar var.
Kanadanın Toronto şəhərindən yayımlanan “geopoliticalmonitor.com” saytında çıxış edən hüquq, tarix və siyasi elmlər üzrə mütəxəssis olan George Monastiriakos yazır ki, Rusiyanın Ukraynada apardığı müharibə fonunda Vaşinqton və Brüsselin NATO-nu daha da gücləndirməsi lazım gəlir.
Finlandiyanın NATO-ya qəbulu, İsveçin isə qəbul ərəfəsində olması bu tələbatdan irəli gəlir: “2023-cü ilin sentyabrında Bakı Azərbaycanın Qarabağ bölgəsində beynəlxalq səviyyədə tanınmamış “artsax” aradan götürdü və 30 illik erməni hərbi işğalından sonra öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra Bakı Alyansın açıq qapı siyasəti vasitəsilə NATO-ya üzvlük üçün müraciət etməkdə sərbəst olacaq. Vaşinqton və Brüsselin bu müraciətə müsbət yanaşması müdrik addım olardı”.
Məqalənin bu yerində müəllif Azərbaycanın yaralı yerinə toxunur, yəni sarı simə vurur: “Qərb siyasətçiləri erməni diasporundakı seçicilər və donorlar qarşısında sadiqlik nümayiş etdirirlər. Onlar diaspor seçicilərini razı salmaq üçün Azərbaycanın Qarabağ bölgəsində erməni separatçılarına ardıcıl şəkildə həmrəylik göstərirlər. Öz milli maraqlarına arxa çevirərək, Qərb ittifaqını qoruyub saxlamaq və güclənməsinə ziyan vurmaq hesabına ermənilərə dəstək verirlər. Məsələn: Fransa iki həftə əvvəl Qranadada Bakı və İrəvan arasında sülh danışıqlarını sabotaj etdi. Halbuki günahsız və müdafiəsiz Ukrayna vətəndaşlarını öldürən İran istehsalı silahlar Ermənistan üzərindən Rusiyaya daşınır. Fransa isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü olan Ermənistana silah satacağını bəyan etdi”..
Müəllif birmənalı şəkildə deyir ki, Qərbin bir çox siyasətçiləri erməni diasporunu təmsil edən seçicilərin səsini və diaspor təşkilatının maliyyə dəstəyini almaq üçün öz milli və dövlət maraqlarına xəyanət edirlər. Konkret olaraq Fransa, ABŞ (əvvəllər Rusiya da bu siyahıda yer alırdı) və Kanadada biz bu tendensiyanı aydın şəkildə görürük. George Monastiriakos hesab edir ki, bu, yanlış yoldur:“Artsax”ın ən güclü dayaq bazası olan diaspora zəngin və nüfuzludur. Onlar rahat şəkildə Qərbdə təhlükədən uzaqdadırlar.
Ermənistanın özü isə kasıb, zəifdir və qorxulu Qafqazda təhlükə ilə əhatə olunub. Niyə? Ölkə üç onillikdir ki, qərbdən Türkiyə, şərqdən isə Azərbaycan tərəfindən blokadadadır. Ona görə də Ermənistanın iqtisadiyyatı şimalda Rusiyanın işğalı altında olan Gürcüstana, cənubda isə İranla bir sərhəd keçidinə əsaslanır. Status-kvo 30 il ərzində Azərbaycanda separatçı qurumu saxlamağın hədsiz insani, iqtisadi, diplomatik və geosiyasi xərclərini ödəmiş Ermənistanı yaman günə qoyurdu. Ancaq Qərb siyasətçiləri ardıcıl olaraq erməni diasporundan gələn səslər müqabilində “artsax” müdafiəsi üçün can qoyurdular”...
Məqalədə daha sonra vurğulanır ki, Rusiya ilə işgüzar münasibətləri saxlamasına baxmayaraq, Azərbaycan həmişə Qərb üçün əvəzolunmaz strateji tərəfdaş olub:
“Bakı Avropa İttifaqına (Aİ) neft və qaz ixrac edir. Brüssel Bakı olmadan Rusiyadan enerji müstəqilliyinə nail olmaqda çətinlik çəkəcək. Brüssel həm də Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bakı bu yaxınlarda Rusiyanı bir nömrəli silah tədarükçüsü kimi əvəz edən İsrail ilə mühüm təhlükəsizlik tərəfdaşlığını saxlayır.
Türkiyə və Azərbaycan o qədər yaxındır ki, özlərini iki dövlətli bir millət hesab edirlər. Ankaradan başqa, Cənubi Qafqazda yeganə Ukrayna yönlü ölkə də Azərbaycandır. Üstəlik, Azərbaycanın İranla mübahisələri onu Qərb üçün təbii müttəfiqə çevirir”.
Gördüyünüz kimi, Qərbdə də siyasi proseslərə praqmatik yanaşan mütəxəssislər var. Adam Qərb auditoriyasına izah edir ki, Qərbin əsas düşməni Rusiya və İrandır. Hər iki cəbhədə Azərbaycan Qərb üçün vazkeçilməz müttəfiq ola bilər. Türkiyə-Azərbaycan birliyinə vurğu yapan analitik deyir ki, onsuz da Türkiyə NATO-nun üzvüdür.
Azərbaycan ordusu da Türkiyə modeli əsasında formalaşır: “Bundan başqa, Azərbaycanın NATO-ya üzvlüyü Alyansa anti-Qərb mövqeyində olan Rusiya və İranın arxa bağçasında lövbər salmağa imkan verəcək. Bu, Alyansa Xəzər dənizində dəniz donanmasını saxlamağa, gücünü Mərkəzi Asiyanın dərinliklərinə çıxarmağa və NATO-nu İranla 600 kilometrdən çox, Rusiya ilə isə daha 300 kilometr uzunluğunda sərhədlə təmin etməyə imkan verə bilər. Türkiyə kimi Alyans da İrandan Avropaya atılan ballistik raketlər üçün ikinci erkən xəbərdarlıq radarı quraşdıraraq hava hücumundan müdafiəsini gücləndirə bilər. Bütün bunlar Qərbin düşmənlərini çəkindirmək, onlardan müdafiə olunmaq və qüvvələr balansını tarazlaşdırmaq üçün zəruridir”. İranla bağlı müəllif ona da diqqət çəkir ki, İranda yaşayan azərbaycanlıların sayı Azərbaycan əhalisindən qat-qat çoxdur...
Müəllif birmənalı şəkildə və məntiqi izahla Azərbaycanın Qərb üçün nə qədər önəmli ölkə olduğunu ortaya qoyur. Və deyir ki, Qərb üçün xüsusi önəm daşıyan bir ölkəni erməni diasporunun sərsəm iddialarına görə ittiham etmək öz həyati maraqlarının üstündən qara xətt çəkmək kimi bir şeydir. Və bu davranış praqmatik Qərbə qətiyyən yaraşmır...
Müəllif bir az da irəli gedərək yazırdı ki, əslində, Avropa ilə Çin arasında Türk Dünyası təbii bir maneədir. Bu maneəni daha da gücləndirmək lazımdır. Yəni Türk Birliyinə dəstək vermək Qərbin strateji maraqlarına uyğundur: “Keçən il mən təklif etmişdim ki, Türkiyənin görə biləcəyi ən yaxşı iş Türk Orta Asiyasında NATO və Çin arasında bufer zona yaratmaqdır”.
Mən özüm də bu barədə dəfələrlə yazmışam. Öz düşüncələrini Qərb mətbuatında oxumaq adama çox xoş gəlir. Məntiq də bunu deyir ki, Türk Dünyası ortadadır. Dünyaya hökm etmək uğrunda gedən mübarizədə türklər Qərbin yanında olsa Qərb, Çinin yanında olsa Çin qalib gələcək...
Sınma nöqtəsi kimin xeyrinə olacaq? Bax, bunu türklər müəyyən edəcək.
Bəs Amerika nə iş görür? NATO-da müttəfiqi olan Türkiyəyə F-16 qırıcılarını satmaqdan imtina edir. Başqa bu kimi yaramazlıqlara imza atır. Yunanıstanı Türkiyəyə qarşı qaldırır. Qos-qoca Türkiyəni qoyub PKK yanlısı kürd separatçılarına dəstək verir. Amerikanın erməni diasporuna nökərçilik edən satılmış senatorları, konqresmenləri Azərbaycana barmaq silkələyir. Co Bayden administrasiyasının yeritdiyi bu siyasət nadanlığın bariz nümunəsi kimi ortadadır.
Heç şübhəsiz ki, Türkiyə+Azərbaycan+Türk Orta Asiyasına belə bir ögey münasibətlə Qərb Çinin qarşısında duruş gətirə bilməyəcək. Məsələn, artıq Çin yuanı avronu arxada qoyaraq dollardan sonra dünyanın əsas valyutası kimi ikinci yerə yüksəldi. Bu gedişlə 3-5 ilə dollar da arxa plana keçəcək. Dollar əsas valyuta rolunu itirməsi isə Amerika iqtisadiyyatının belini qıracaq. Qərbin siyasi paytaxtlarında bu sadə həqiqəti nə qədər tez anlasalar, bir o qədər yaxşıdır...
Elbəyi Həsənli,
MİA.AZ
"MÜHARİBƏ BÖYÜK ÖLÇÜDƏ BİTİB..." - Tramp İranla bağlı yeni mesajlar verdi, dini lider seçimini bəyənmədiyini dedi
"İranın təslim olmaqdan başqa çarəsi qalmayacaq" - ABŞ Müdafiə nazirindən müharibə ilə bağlı açıqlamalar
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Almaniya XİN başçısı Ceyhun Bayramova zəng edib
İran raket Türkiyə səmasında vurulub
Putin İranın yen ali rəhbərini belə təbrik etdi: "Əminəm ki, Siz atanızın işini şərəflə davam etdirəcək və..."
58 mindən çox şagird buraxılış imtahanı verdi: 9 nəfərdə telefon aşkarlandı... - Cavablar nə vaxt elan ediləcək? (YENİLƏNİB)
Sabah yağış və qar yağacaq
Naxçıvana birbaşa uçuşlar bərpa olunub
Türkiyədə zəlzələ olub
Polis 4 nəfəri 43 kq narkotiklə saxlanılıb
Azərbaycan və İran arasında yüklərin daşınması bərpa olunub
Azərbaycan ərazisindən Ermənistana növbəti yük qatarı yola salınıb
İran mediası: yeni dini lider seçilib (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib - "Naxçıvana hücum araşdırılacaq"
Türkiyə Şimali Kiprə F-16-lar yerləşdirəcək
İran XİN başçısı Amerika mediasına danışdı: "İndi başqa bir atəşkəs istəyirsiniz?"- "Rusiya bizə müxtəlif sahələrdə kömək edir"
Ramazanın 19-cu gününün duası: imsak və iftar vaxtı
Makron İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
ABŞ səfirliyi Nəriman Axundzadəyə nəhayət, viza verdi
Sabah yağış yağacaq
"Kişidən fərqli olaraq, qadını məşhur etmək daha asandır, amma..." - "Mahir Emreli məni ata kimi rədd etməyib"
"Axios": "ABŞ İrana xüsusi təyinatlıları cəlb edə bilər"
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb