İsrail Livan sərhədindəki Hizbullah hədəflərini vurub - Ölənlər var

img

19-10-2023 [11:20]


İsrail Livan sərhədindəki Hizbullah hədəflərini vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiıə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, İsrail ordusu Livandan hərbçilərinə atəş açan hədəflərə zərbə endirib: "Cavab olaraq Hizbullah mövqeləri, o cümlədən "Hizbullah"ın  müşahidə məntəqəsi məhv edilib. İlkin məlumatımıza görə, düşmənin 2 yaraqlısı da cavab zərbəmizlə yox ölüb".

"Hizbullah" İsrail Müdafiə Nazirliyinin açıqlamasını təsdiqləyib.

Bildirilib ki, Hizbullah üzvləri Taha Abbas və Əli Məhəmməd Mermerin Livanın cənubundakı Aytarun bölgəsində İsrail hərbçiləri ilə qarşıdurmada ölüblər.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA