Bakıda əri tərəfindən öldürülən müğənninin anası: “Bir ay idi evdən qovmuşdu..."

img

17-10-2023 [16:30]


“Yaqut ailə sirrini heç kimə demirdi. Ancaq məcbur olanda danışırdı. Atası deyir ki, ay qızım, yola getmirsiz, ayrılın. Bir ay idi evdən qovmuşdu. Polis çağmışdı. Yenə də gəldi yalvardı”.

Bu sözləri həyat yoldaşı tərəfindən qətlə yetirilən müğənni Yaqut Nərimanın anası "Elgizlə izlə" verilişində deyib.

O, qızı ilə sonuncu dəfə hadisə baş verən günün səhəri danışdığını vurğulayıb: “Mənə dedi ki, hazırlaş, gəlib səni həkimə aparıram. Üstündən bir az keçmişdi, bu hadisə yaşandı. Doğma bacım oğludur. Onun başına gələnlərin günahkarı elə bacımdır. Hər zaman onu öyrədirdi. Nə onlar, nə də biz istəyirdik evlənsinlər”.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA