İsrail ordusundan İranın təhdidinə reaksiya: "Biz bir çox cəbhədə döyüşməyə hazırıq"
16-10-2023 [00:52]
HƏMAS ilə münaqişədə olan və blokadada saxladığı Qəzzaya qarşı quru əməliyyatına hazırlaşan İsrail Livan və Suriyadan olan hücumlara cavab verir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu arada İran İsraili açıq şəkildə hədələyərək, "Əgər Qəzzaya quru əməliyyatı olarsa, İsrail bunun bədələni ödəyəcək", - deyə təhdid edib.
Bu təhdidə cavab olaraq İsrail Ordusunun sözçüsü Daniel Hagari açıqlama verib.
O, İsrailin iki və ya daha çox cəbhədə döyüşməyə hazır olduğunu bıyan edib:

Daniel Hagari
"Hazırda İranın dəstəklədiyi Hizbullah hərəkatı İsrailin Qəzzaya hücumunun qarşısını almaq üçün Livan sərhədində gərginliyi artırır. Lakin onlar buna nail ola bilməyəcək. İsrail gərəkirsə, 2 və ya 3 istiqamətdə döyüşə hazırdir".
Admiral Daniel Hagari deyib ki, İsrailin Qəzza əhalisinə verdiyi vaxt öz effektini verir: "Qəzza şəhərini şimalından cənuba köçmələri barədə xəbərdarlığımızdan sonra 600 mindən çox insan köç edib. Bu proses davam edir".
Bu arada isə İran Qəzzada gözlənilən quru əməliyyatı ilə bağlı İsraili dayanmadan təhdid edir.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bölgə ölkələrinə səfərlərində deyib:

İran XİN başçısı
"Sionist rejim tərəfdarları vasitəsilə İsrailə Qəzzaya hücumları dayandırmaq üçün mesaj göndərdik. Əgər müharibə cinayətləri davam edərsə, sabah çox gec ola bilər. Ümid edirəm ki, diplomatik səylər müharibənin qarşısını alacaq. Əks halda yaxın saatlarda nə baş verəcəyini heç kim proqnozlaşdıra bilməz. İran olaraq biz daha vəziyyətə tamaşaçı qala bilmərik. israilin Qəzzaya hücum davam edərsə, bu müharibənin bölgəyə yayılmna riski böyük olacaq".
Abdullahiyan daha sonra deyib ki, İsrail müharibə istəyirsə, hərbi qüvvələrlə qarşı-qarşıya gəlsin, qadın və uşaqları hədəfə almasın: "Netanyahu arzularının arxasınca gedir, amma o və hökuməti artıq yıxılıb. İndi ABŞ sionist rejimi ayaqda saxlamağa çalışır”.
Tahir Şəlvəli
MİA.AZ
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır