Yunanıstan öz vətəndaşlarının İsrail və Fələstindən təxliyə edib

img

13-10-2023 [12:05]


Yunanıstan öz vətəndaşlarının İsrail və Fələstindən təxliyəsini başa çatdırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölgəyə səyahət edən Yunanıstan vətəndaşlarından 90-ı bazar ertəsi, 68-i isə çərşənbə axşamı ölkələrinə qayıdıb: "İsraildə yaşayan daha 72 Yunanıstan vətəndaşının ölkəyə gətirilməsi ilə proses tamamlanıb".

Xəbərdə deyilir ki, Yunanıstan vətəndaşları üçün təşkil edilən uçuşlarda Avstriya, Almaniya, İsrail, Albaniya, Belçika, Şimali Makedoniya, Bolqarıstan, İrlandiya, Latviya, Ukrayna və Panama vətəndaşları da bölgədən təxliyə edilib.

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA