NATO-nun Kosovodakı sülhməramlılarının komandanlığı Türkiyəyə verildi - FOTOLAR
11-10-2023 [00:07]
Türkiyə NATO-nun Kosovodakı sülhməramlıların (KFOR) komandanlığını 1 il müddətinə öz üzərinə götürüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün KFOR komandanlığı italiyalı general-mayor Angelo Michele Ristucciadan türk general-mayor Özkan Ulutaşa verilib.
KFOR-un paytaxt Priştinadakı əsas qərargahında keçirilən təhvil-təslim mərasimində Baş Qərargah rəisinin müavini general İrfan Özsert, milli müdafiə nazirinin müavini Bilal Durdalı, NATO-nun Neapoldakı Müttəfiq Qüvvələrinin komandanı admiral Stuart Benjamin Munş, Türkiyənin Priştinadakı səfiri Sabri Tunç Angılı və digər rəsmilər iştirak edib.
Mərasimdəki vida nitqində KFOR-un keçmiş komandiri Ristuccia vəzifədə olduğu müddətdə özünü heç vaxt tək hiss etmədiyini bildirib və KFOR-u yaradan müttəfiq ölkələrə təşəkkür edib.
KFOR-un yeni komandiri general-mayor Ulutaş bu missiyanın ilk türk komandiri olaraq üzərinə götürdüyü məsuliyyətin əhəmiyyətinin fərqində olduğunu deyib.
Kosovonun keçdiyi həssas dövrdə KFOR-un uğurla fəaliyyət göstərməsi üçün bütün səy və təcrübəsini ortaya qoyacağını vurğulayan Ulutaş qeyd edib ki, son hadisələr regionda hər an pozula bilən təhlükəsizlik və sabitlik mühitinin gözlənilməz və dəyişkən xarakterini ortaya qoyub: "Bu, KFOR-un varlığını və yerinə yetirdiyi missiyaları daha da vacib edir. Bu səbəbdən KFOR öz mövqeyini qoruyub saxlamalıdır".
Xatərladaq ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq 12 iyun 1999-cu ildə Kosovoda fəaliyyətə başlayan KFOR-un 21-i NATO üzvü, 6-sı NATO üzvü olmayan 27 ölkədən 4500-dən çox beynəlxalq üzvü var.
KFOR-un 28-ci komandiri general-mayor Ulutaş 2024-cü il oktyabrın 10-na kimi xidmət edəcək.
Lamiyə Əhmədli
MİA.AZ
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı