SİYASƏTİN SƏRKƏRDƏSİ və SƏRKƏRDƏNİN SİYASƏTİ (“Siyasi təhlil” silsiləsindən)
09-10-2023 [15:12]
Qalib ARİF
***
Məlum olduğu kimi, hazırda Ermənistan müxalifəti Nikol Paşinyanı, Azərbaycan müxalifəti İlham Əliyevi tənqid etməklə məşğuldur. Birincilər Paşinyanı Rusiyadan uzaqlaşmaqda, ikincilər İlham Əliyevi Rusiyaya yaxınlaşmaqda ittiham edirlər.
Təbii ki, qərəzli mövqelərdir, ən azı obyektiv deyildir. Erməni xalqı Paşinyanı, Azərbaycan xalqı İlham Əliyevi öz lideri seçib və ölkənin taleyini təyin etmək səlahiyyətlərini onlara etibar edib. Onlar da öz xalqlarının istəyini və sosial sifarişini həyata keçirmək üçün əllərindən və siyasətlərindən gələni edirlər. Kim necə edir, kim öz işinin öhdəsindən daha yaxşı gəlir?! Hazırkı qeydlərin də məqsədi müqayisə etmək və maksimum obyektiv qiymət verməkdir. Doğrudur, bütün müqayisələr qüsurludur, amma bu, keyfiyyəti üzə çıxarmağın yeganə yoludur.
Mən əsgərlərimizin şücaətinə və şəhidlərimizin xatirəsinə kölgə salmaq niyyətində deyiləm. Amma altında qırmızı xətt çəkib demək istəyirəm ki, Qarabağ probleminin yalnız hərbi yolla həlli yox idi, çünki bu, qlobal miqyaz almış, faktiki olaraq, beynəlxalq problem idi. Bu problemin yalnız siyasi həlli var idi, Azərbaycan lideri də problemi öz müdrik siyasəti ilə həll etdi. Bəli, siyasət ancaq mümkün olanı həyata keçirmək sənəti deyil, həm də siyasi liderin şəxsiyyətindən, fəhmindən və uzaqgörənliyindən asılı olan bir sənətdir. Düşünürəm ki, Azərbaycan lideri İlham Əliyev, faktiki olaraq, mümkün olmayanı etdi, Qarabağ problemini hərbi-siyasi yolla həll etdi. O, yalnız geo-siyasi məqamın yetişməsindən yox, Azərbaycanın həbi və siyasi üstünlüklərindən, düşmən tərəfin səhvlərindən böyük məharətlə istifadə etdi.
Bəli, Qarabağ problemini yalnız Rusiyanın başının Ukraynada, Qərbin başının Rusiyada qarışdığı bir geo-siyasi məqamda həll etmək olardı. Bunun üçün Azərbaycan xalqı, odusu, iqtidarı hazır olmalı idi, bunların arasında böyük vəhdət, etimad, güvən olmalı idi. İlham Əliyev müdrik və uzaqgörən bir siyasətçi kimi bu vəhdəti, bu güvəni təmin etdi və geosiyasi məqamı düzgün dəyərləndirdi – Rusiya ilə siyasi qarşıdurmaya getmədi və Türkiyənin siyasi dəstəyindən məharətlə istifadə etdi. Azərbaycan lideri həm də, siyasi uzaqgörənlik nümayiş etdirərək, Aİ-nin Türkiyəni dəvət etmədiyi Qrranada görüşünə getmədi. Görüş iştirakçılarının Azərbaycansız, 4 tərəfli bəyanatı da göstərdi ki, Azərbaycan lideri nə qədər haqlı idi. Yeri gəlmişkən, onlar Qarabağ ermənilərinin Azırbaycan vətəndaşlığını qəbul etməsini və Zəngəzur dəhlizinin fəaliyyət göstərməsini istəmirlər...
Ermənistan lideri Nikol Paşinyana gəlincə, adam geo-siyasi vəziyyəti düzgün qiymətləndirə bilmədi, güman etdi ki, Rusiya Ukrayna ilə müharibədə məğlub ediləcək və siyasi səhnəni tərk edəcək. Odur ki, Rusiya ilə siyasi münasibətləri gərginləşdirmək, hətta kəskinləşdirmək yolu seçdi, Rusiyanın forpostundan Qərbin forpostuna keçid etmək istədi. Hətta Qərbin dəstəyini qazanmaq üçün Beynəlxalq cinayət məhkəməsinin Rusiya lideri Vladimir Putini həbs etmək qərarını (Roma statutu) ölkə parlamentində ratifikasiya etdirdi. Bu isə, məlum olduğu kimi, Rusiya və onun lideri üçün qırmızı xəttin keçilməsi demək idi.
Mən niyə bunları – bu geo-siyasi məqamda Rusiyadan birmənalı uzaqlaşmanı, Qərbə kəskin yaxınlaşmanı Paşinyanın səhvləri hesab edirəm?! Hazırda Ermənistan iqtisadiyyatının üçdən ikisi Rusiyadan asılıdr. Rusiya Ermənistana ucuz neft və qaz satır, yaz minlərlə erməni Rusiyada işləyir və ailəsinə çörək göndərir. Rusiyanın 10 minlik hərbi bazası Ermənistanda, 5 minlik sülhməramlıları Qarabağdadır. Nəhayət, zəif Ermənistan güclü Azərbaycanla qarşı-qarşıyadır. Yaxın tarix də göstərir ki, Ermənistana yalnız Rusiya real dəstək verə, kömək edə bilərdi. Paşinyan Ermənistanı isə, belə bir kritik vəziyyətdə Rusiyaya dalını, Qərbə üzünü çevirdi. Qərb də, məlum olduğu kimi, hətta Ukraynaya real kömək etmir, yalnız təzə vədlər və köhnə silahlar verir. Bir də, Rusiyanı zəiflətmək üçün iqtisadi sanksiyalar tətbiq edir. Amma Rusiya nəhəng ölkədir və onu zəiflətmək asan deyildir...
Bəli, yüz illərlə həllini tapmayan, hər dəfə yenidən alovlanan Qarabağ problemini SİYASƏTİN SƏRKƏRDƏSİ və SƏRKƏRDƏNİN SİYASƏTİ birdəfəlik həll etdi. Azərbaycan əsgəri isə, bu siyasətə hərbi dəstək verdi. Allah şəhidlərimizə rəhmət eləsin
MİA.AZ
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
Azərbaycan və Almaniya prezidentləri bağda gəzişərək səmimi söhbət ediblər - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"