Norveçli yazıçı Ədəbiyyat üzrə Nobel Mükafatını qazanıb

Norveçli yazıçı Ədəbiyyat üzrə Nobel Mükafatını qazanıb

MƏDƏNİYYƏT

05.10.2023, 15:07

Norveç yazıçısı Con Fosse dünyanın ən nüfuzlu ədəbi mükafatlarından biri kimi tanınan Ədəbiyyat üzrə Nobel mükafatını qazanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Nobel Komitəsi açıqlama verib.

Onu da qeyd edək ki, yarışmada yapon yazıçısı Haruki Murakami, kanadalı yazıçı Marqaret Atvud və iranlı yazıçı Salman Rüşdi də namizədlər arasında olub.

Qalibə gəldikdə isə, 29 sentyabr 1959-cu ildə Norveçdə anadan olan Con Olav Fosse  “Melanxoliya”, “Səhərdən axşama” və “Trilogiya” kimi əsərləri ilə məşhurlaşıb.

Ləman

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR