Şəhid Vüsal Orucovun nəşi ailəsinə təhvil verilib - FOTOLAR

img

01-10-2023 [10:36]


Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açması nəticəsində, Azərbaycan ordusunun şəhid olan həqiqi hərbi xidmət hərbi qulluqçusu Orucov Vüsal Xeybalı oğlunun nəşi Qusar rayonunun Suvacal kəndinə gətirilib.

Məlumata görə, şəhidlə vida mərasimi doğulduğu Suvacal kəndində keçirilir.

Mərasimdə mərhumun yaxınları, rayon icra hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhid sonra kənd məzarlığında dəfn olunacaq.

Qeyd edək ki, Orucov Vüsal Xeybalı oğlu 2005-ci ildə Qusar rayonunda anadan olub. Hərbi xidmətə bu il aprel ayında yollanmışdı.

Onun özündən başqa ailədə 2 qardaşı, 3 bacısı var(Report).

Allah rəhmət eləsin!

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:49 09.12.2023

Sabah yağış yağacaq