Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
01-10-2023 [00:05]
Qoç - narahat, gərgin zamandır. Əhvalınız tez-tez dəyişəcək. Aqressiv davranaraq özünüzü və ətrafınızdakı insanları usandırmayın. Ünsiyyət üçün ən yaxşı gün deyil. Tənqidə normal reaksiya verin.
Günün ikinci yarısında anlaşma, müqavilə və sənədləşdirmə ilə məşğul olmayın. Kommersiya fəalliyətində gəlir olmayacaq. İtkilərsə istisna deyil. Dəvət aldığınız yerə axşam saatlarında yollanmayın.
Ailə üzvləri ilə birlikdə istirahətə üstünlük verin.
Buğa - səbrli, təmkinli olun. Yaxşı tanımadığınız insanlara izafi önəm verməyin. Soyuqqanlı və məntiqli davranmasanız, dəyər verdiyiniz insanların xətrinə dəyə bilərsiniz. Münaqişəyə səbəb olmayın. Emosional fon stabil deyil. Ziddiyyətli açıqlamalar səbr kasanızı daşdırmasın.
Günün ikinci yarısında dəvət aldığınız tədbirə qatılmayın. Adamların gur olduğu yerdə özünüzü yaxşı hiss etməyəcəksiniz. Böyük anlaşmalar və müqavilələr zamanı deyil.
Əkizlər - gərgin və ziddiyyətli gündür. Uğursuzluqların miqyasını həddən artıq artırmayın. Kiçik qələbələri görməyi bacarın. Ən kiçik səhvin fəsadları aradan qaldırılmasa, situasiya ağırlaşacaq. Yaxın ətrafınızdakı insanların məsləhətlərinə çox önəm verməyin.
Günün ikinci yarısı alış-veriş üçün əlverişli deyil. Qənaət etməyə çalışanda yanlış qərar verməyin. Axşam saatlarında pozitiv olun.
Nüfuzlu insanlarla görüş və danışıqlar zamanı deyil. Sizə mənəvi dəstək verə biləcək, əhvalınızı yaxşılaşdıracaq insanları qiymətləndirin.
Xərçəng - mürəkkəb və qarışıq gündür. Ciddi işlər və mühüm görüşləri təxirə salın. Qıcıqlı, sinirli, səbrsiz olmayın. Tərəfdaş və müttəfiqlərlə ünsiyyətdə sərvaxt olun. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Yardıma ehtiyacı olan insanlara kömək edin.
Günün ikinci yarısında qohumlarınızın dəstəyinə ehtiyacı var. İşdə və ailədə münaqişələr yarana bilər. Fəaliyyət müstəvisindəki problemləri vaxtında həll etməyə can atın. Əks təqdirdə, çətinliklər xroniki forma ala bilər. Güzəştə getməyi unutmayın.
Şir - yanlış istəklər və tamahınızla mübarizə aparın. Ani hisslərin köləsi olmayın. Vədlərinizlə öhdəliklərinizi unutmayın. İradəli olun. Şirin sözlərə aldansanız, uğursuzluqlar mərhələsi başlanacaq. Alış-verişdə spontan davranmayın. Planlaşdırılmamış xərclər etməyin. Maliyyə imkanlarınızı olduğundan artıq dəyərləndirməyin.
Günün ikinci yarısında mülayimlik, kompromisslərə ifrat meyllilik pis nəticə verə bilər. Bununla yanaşı, yaxın ətrafınızdakı insanlarla səmimi olsanız, münasibətləri qoruya bilərsiniz. Yaxşı məziyyətlərinizi nümayiş etdirin.
Yaşlı qohumların məsləhətlərinə qulaq asın.
Qız - ehtiyatlı olun, sərvaxt davranın. Yaxın ətrafınızdakı insanları sinirləndirməyin. Həddən artıq eqoist insan təsiri bağışlamayın. Məqsədə doğru istənilən yollarla hərəkət etmək normal deyil. Aqressivlik yolverilməzdir.
Günün ikinci yarısında problemləri diqqətli araşdırın, situasiyanı aydınlaşdırın. İşgüzar danışıqlarda qətiyyətli və iradəli olun. Bir sıra anlaşmalar və müqavilələrə yenidən baxmaq zərurəti yaranacaq.
Yalnız yaxın adamlar sizi anlayacaqlar. Onlar əhvalınızdakı dəyişiklikləri hiss edəcəklər. Axşam saatlarında qəfil vizitlər olacaq. Qonaqlar gələcək.
Tərəzi - günün gedişatı yaxın ətrafınızdakı insanlarla münasibətlərdən asılıdır. Eqoizm və təşəxxüs yolverilməzdir. Ünsiyyətdə qarşı tərəfə yuxarıdan aşağı baxmayın. Dəyər verdiyiniz adamların problemlərini qulaqardına vurmayın.
Günün ikinci yarısında qarşılaşacağınız insan yaşamınızda mühüm rol oynaya bilər. Həmin adamlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
Soruşmasalar, fikrinizi və mövqeyinizi bildirməyin. Fikrinizi sərt sözlərlə bildirsəniz, münaqişə qaçılmaz olacaq. İşdə rəhbərliklə və ya nüfuzlu insanlarla ixtilaf etməyin.
Əqrəb - problemlərin həddən artıq olduğunu düşünməyin. Müşküllərin həlli mümkündür. Vaxt və səylərinizi məntiqlə, ağıllı şəkildə bölüşdürsəniz, peşəkar fəaliyyət müstəvisində irəliləyişə nail ola bilərsiniz. İstirahət və əyləncə planlarını ertələyin.
Günün ikinci yarısında xoş görüş, çoxdan görmək istədiyiniz insanla qarşılaşma istisna deyil. Axşam saatlarında dəvət aldığınız tədbirə yollanmayın. Bu tədbirdə sevinmək əvəzinə usanacaq, yorulacaqsınız.
Anlaşma və ya müqavilələr üçün əlverişli zaman deyil. Daşınmaz əmlak almayın, kirayəyə götürməyin. Axşam saatlarında xoş sürprizlər olacaq.
Oxatan - yaxın ətrafınızdakı insanlarla münaqişə etməyin. Kəskin mübahisələrə zəmin yaratmayın. Hər şeyi neqativ məcrada görməyin. Haqqınızda danışılanlara, şayiələrə və dedi-qodulara inanmayın.
Sizi sərt tənqid edəcəklər. Rəqiblərin məsxərələrinə fikir verməyin.
Günün ikinci yarısında dəyər verdiyiniz adamların istəklərini yerinə yetirməyə çalışın. Tanışlarınızın plan və niyyətlərindən hali olmağa can atın. Hiyləgər manipulyatorun hədəfinə çevrilə bilərsiniz.
Həllini tələb edən problemin önəmini azaltmayın. Buz dağının yalnız su üzərində olan hissəsini görüb su altında qalmış hissəni qulaqardına vurmayın. Tələsməyin. Situasiya az sonra aydınlaşacaq. Nə etmək gərəkdiyini anlayacaqsınız.
Oğlaq - günün ilk yarısında diqqətli olun, bədxərclik etməyin. Gərəkli olmayan əşyalar almayın. İstək və niyyətlərinizin hamısını reallaşdırmağa can atmayın. Önəmli işləri təxirə salmayın. Problemlərin həllinə ciddi yanaşın. Dəvət aldığınız tədbirlərdə sayıq olun, yanlış davranış modelinin təhlükəli olduğunu anlayın.
Günün ikinci yarısında naqolay vəziyyətə düşə bilərsiniz. Hüquqi məsələləri həll etmək, sənədləşdirmə üçün əlverişli zaman deyil. Səfər və ya səyahət pis keçməyəcək. Yola çıxmazdan əvvəl yaxşı hazırlaşın.
Axşam saatlarını ailə üzvləri ilə ünsiyyətə, istirahətə ayırın.
Dolça - mühüm heç bir iş planlaşdırmayın. Diqqətiniz dağınıq olmasın. Dürüst və effektiv fəaliyyət davranış variantını seçin. Yaxın ətrafınızdakı insanların əməllərindən sürəkli şikayətlənməyin. Diqqətə layiq olmayan insanlarla sıx təmaslar qurmayın. Günün ikinci yarısında maliyyə itkiləri istisna deyil. Fırıldaq qurbanına çevrilməyin, riskləri qiymətləndirin. İstənilən düşünülməmiş addımlara yol verməyin. Zərurət olmadan təşəbbüskarlıq etməyin. Köhnə vərdişlərdən bəzilərindən qurtulmaq zamanıdır. Çətinliklərin aradan qaldırılması o qədər də asan deyil. Sevdiyiniz insan müşkül durumda sizə dəstək olacaq.
Balıqlar - yaradıcı yanaşma tələb edən və problemlərin kompleks həllini nəzərdə tutan işlər üçün əlverişli zamandır.
Fəaliyyət azadlığına nail olsanız, yaxşı nəticələr əldə edə bilərsiniz. Yaxın ətrafınızdakı insanların məsləhət və göstərişlərinə qulaq asmadan müstəqil çalışın.
Günün ikinci yarısında problemlərin həllində intuisiya yardımçınız olacaq. İşgüzar hissiyatınız kəskin olmalıdır. Qarşılıqlı iradlara və ixtilaflara son qoyaraq yeni münasibətləri formalaşdıra bilərsiniz. Səmimi olun. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Milli.Az
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb