DAHA BİR HƏRBÇİMİZ ŞƏHİD OLDU - Snayperlə vurulub

img

30-09-2023 [18:09]


Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, atəş nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:29 06.12.2023

Sabah yağış yağacaq