Kəmaləddin Heydərov bacısının kürəkənini vəzifədən niyə azad etdi?

img

28-09-2023 [14:28]


Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisinin birinci müavini vəzifəsindən azad edilib.

Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, müvafiq əmrlə FHN Akademiyasının rəisi, general-mayor Baba Salayevin birinci müavini, polkovnik-leytenant Bağırov Qəzənfər Nofəl oğlu vəzifəsindən azad olunaraq, ehtiyyata göndərilib.

Qeyd edək ki, Qəzənfər Bağırovun işdən çıxarılması barədə əmr 5 gün əvvəl imzalanıb.

Qəzənfər Bağırov 24.03.1984-ci ildə Şəmkir şəhərində anadan olub. Bakı Dövlət Universitetini və Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyasını bitirib. Ailəlidir. 4 övladı var. Onu da vurğulayaq ki, Qəzənfər Bağırov nazir, general-polkovnik Kəmaləddin Heydərovun bacısının kürəkənidir.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA