Türkiyədə "Siqaret mafiyası"na qarşı əməliyyat keçirilib - 370 nəfər saxlanılıb

img

28-09-2023 [09:51]


Türkiyədə "Siqaret mafiyası"na qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşım edib.

O bildirib ki, "Duman" adı verilən əməliyyat nəticəsində qanunsuz siqaret istehsalı ilə məşğul olan cinayətkar təşkilata böyük zərbə vuurlub.

Nazir bildirib ki, əməliyyatla 370 nəfər saxlanılıb: "Türkiyədə eyni vaxtda bir neçə şəhərdə keçirilən əməliyyatla təşkilatın tütün istehsal mərkəzləri ifşa edilib və çoxlu sayda tütün, siqaret və onlara lazım olan material - 78.610 doldurulmuş qutu, minlərlə boş qutu və ona aid materiallar, 8620 kq tütün, 10.811 siqar, 18 096 ədəd elektron siqaret,  maye, çoxlu sayda saxta etiket ələ keçirilib".

Nazir deyib ki, ölkədə heç bir mütəşəkkil cinayətkar qruplaar aman verməyəcəklər.

Firudun Səfərli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq