Məşhur Abdullah Çatlının qızı və həyat yoldaşı ölümlə təhdid edilib - "Mənə dedi ki, səni zorlayaraq öldürəcəm"

img

27-09-2023 [16:21]


Türk mafiyasının qalmaqallı liderlərindən olmuş Abdullah Çatlının ailəsi onun vəfatının ildönümü ilə bağlı tədbirdə tanış olduqları şəxs tərəfindən ölümlə təhdid olunduqlarını bəyan ediblər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tuğfan S. adl şəxs sonradan ailənin bütün üzvlərinin - Çatlının arvadı, qızı, qızının əri və digər qohumlarının telefon nömrələrini taparaq onları təhdid etməyə başlayıb.

1996-cı ildə Susurluk qəzasında dünyasını dəyişən Abdullah Çatlının həyat yoldaşı, qızı və kürəkəni bu təhdidlərlə bağlı polisə şikayət ediblər. Və bu barədə açılan cinayət işi bu günlərdə İstanbulda məhkəməyə göndərilib.

Məlumata görə, Bakırköy Asliye Cəza Məhkəməsində başlayan iclasda Tuğfan Ş.-nin ilk dəfə Abdullah Çatlı üçün təşkil edilən anım mərasimində Çatlı ailəsi ilə görüşdüyü təsdiqlənib.

Dosyeyə görə, Tuğfan S. Çatlının həyat yoldaşı Meral Çatlı, qızı Gökçen Çatlı və kürəkəni Aydın Özenlə tanış olub və bir müddət sonra həmin şəxslərə telefonla zəng vurub təhdid etməyə başlayıb.

Bu vəziyyətdən narahat olan ailənin şikayəti üzrə həmin şəxs barəsində cinayət işi qaldırıb. 

Çatlının elmi işlə məşğul olan qızı Gökçen Çatlı məhkəmədə deyib ki, şübhəli ilə əmisi vasitəsilə tanış olub: "Atamın vəfatının ildönümündə dedilər ki, bəs bu adam bizlə şəkil çəkdirmək istəyir. Daha sonra şübhəli şəxs gecə-gündüz mənə və ailəmə zəng etməyə başladı. Məni söydü, daha sonra cinsi təcavüzlə hədələyib öldürəcəyini dedi..".

 Ana Meral Gökçen ifadəsində deyib ki, "bu adam mənə də zəng etdi. Dedi ki, sabah qızını öldürməyə gələcəyik".

Çatlının iş adamı olan kürəkəni Aydın Özen ifadəsində Tuğfan S.-nin telefon nömrələrinə GSM şirkətində işləyən dostu vasitəsilə ələ keçirib hamını narahat etdiyini deyib.

Halk TV-nin xəbərinə görə, Tuğfan Ş. isə haqqındaki "təhdid və təhqir" ittihamlaırnıq əbul etməyib: "Nömrə mənə məxsusdur. Amma bu sözlərin heç birini demədim".

 Dosye ilə bağlı məhkəmə prosesi davam edir.

Xatırladaq ki, Abdullah Çatlı 3 noyabr 1996-cı ildə Balıkəsirdə Susurluk rayonunda baş verən qəzada həyatını itirib. 

Firudun Səfərli
 
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq