Yenilənmiş 5 qəpiklik tədavülə buraxıldı - FOTO

img

25-09-2023 [09:24]


Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş 5 qəpiklik metal pul nişanlarını tədavülə buraxılıb.

Mia.az Mərkəzi Banka istinadla xəbər verir ki, yeni pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət Gerbinin təsviri, eləcə də nişanın buraxılış ili əks olunub.

Pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq saxlanılıb.

Yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA