Ermənistanda dövlət çevrilişinə cəhd... - "Xaçlılar"la işbirliyinə girən 8 hərbi hissə komandiri saxlanılıb

img

25-09-2023 [00:46]


Ermənistanda dövlət çevrilişinə cəhddə şübhəli bilinən 8 yüksək rütbəli hərbçi saxlanılıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb.

Bildirilib ki, saxlanılan hərbçiıər hərbi hissə komandirləridir: "Onlar özlərini “Vətənpərvər xaçlılar” adlandıran qruplaşması ilə əməkdaşlıq edərək, ölkədə hərbçi çevrilişə hazırlıq görüblər...".

Açıqıamada deyilir ki, bu qruplaşma bə komandirlər hökumət üzvlərinə və Ermənistanın baş naziri Nikol Paşinyana qarşı ideoloji düşmənçilik bəsləyirlər.

Məlumatda bildirilib ki, əməliyyatlar zamanı çoxlu sayda silah-sursat ələ keçirilib və cinayətkar təşkilat üzvləri telekommunikasiya vasitələri, siqnal tıxacları, alətlər əldə etməklə cinayətin törədilməsinə hazır olublar: "Onların çevriliş cəhdinə aid xeyli dəlillər ələ keçirilib".

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.09.2024

Sabah yağış yağacaq