Serblər Kosovoya hücum etdi: ölən və yaralı var - Zirehli maşında 15 km irəliləyən silahlı qrup kilsəyə sığınıb - NATO-dan "əməliyyata hazırıq" mesajı verildi (FOTOLAR)
25-09-2023 [00:05]
Kosovonun şimalında ağır silahlarla silahlanan bir qrup serb polis postuna hücum edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Leposaviç sərhəd bölgəsində baş verən hücum nəticəsində kosovolu bir polis öldürülüb, digəri isə yaralanıb.
Məlumata görə, ağır silahlı qrup zirehli texnika ilə Kosovo daxilinə 15 km irəliləyib. Bundan sonra Kosovonun polisləri ilə serb qruplaşması arasında qarşıdurma şiddətlənib. Nəticədə silahlı serb qrupunun 3 üzvü öldürülüb.
Kosovonun Baş naziri Albin Kurti yaşanan gərginliklə bağlı bəyanat verib.
Bildirib ki, ölkənin şimalındakı yerli polisin qətiyyəti ilə dayandırıla 30-a yaxın ağır silahlı serb monastıra sığınıb: "Onlar hələ də polislərə atəş açmaqda davam edir...".
Baş nazir serb silahlılarına müraciət edərək, onlarrı silahı yerə qoyaraq təslim olmağa çağırıb.
NATO-nun Kosovo Sülh Qüvvələrindən verilən açıqlamaya görə, ölkənin şimaldakı vəziyyəti və toqquşmaları yaxından izləyirlər: "Lazım gələrsə müdaxilə etməyə hazırıq".
ABŞ-ın Kosovodakı səfiri Cefri Hovenier baş nazir Kurtini ziyarət edib və vəziyyəti yerində öyrənib.
Hadisə barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç də açıqlama verib. Türkiyənin bölgədə daimi sülhün təmin edilməsi üçün dialoq prosesinə dəstəyini davam etdirəcəyini bildirən Bilgiçin sözlərinə görə, Kosovonun şimalında, serblərin çoxluq təşkil etdiyi Zveçan bələdiyyəsinin Banjska kəndində baş verən qanli hadisəni qınayırlar: "Hücumu qınayırıq. Yaralılara tezliklə şəfa diləyirik. Priştinadakı səfirliyimiz də hücumu pisləyən bəyanatla çıxış edib. Regionda gərginliyin qarşısını almaq üçün lazımı addımlar atılır. Bölgədə sülh və sabitliyin yeganə yolu dialoqdur. Biz bunun üçün lazmı addımlar atırıq".
Lamiyə Əhmədli
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər