Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
23-09-2023 [00:04]
Qoç - emosiyaların məntiqi üstələməsinə imkan verməsəniz, çətinliklərin öhdəsindən gələcəksiniz. Qıcıq və aqressivlik münaqişələrə səbəb ola bilər. İxtilafları aradan qaldırın, problemləri həll edin.
Əks cins mənsubları ilə təmaslarda diqqətli olun. Ehtiyatlı olun. Rəqiblər və bədxahlar aktivdirlər. Onların fitnələrinə uymayın, məkrə aldanmayın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların plan və niyyətlərindən xəbərdar olun. Problemlərin həllinə yaradıcı yanaşın. Təxəyyül və illüziya zamanı deyil. Praktiki məsələləri həll etməyə can atın.
Axşam saatlarında gəzintiyə çıxın.
Buğa - günün ilk yarısında təkbaşına, müstəqil çalışmaq məsləhət deyil. Birgə fəaliyyətə və əməkdaşlığa üstünlük verin. Nüfuzlu şəxslərdən dəstək ala bilərsiniz. Kömək və yardım məqsədə aparan yolu qısaldacaq. Ənənələri pozmayın, yazılmamış qanunları unutmayın. Eksperimentlər zamanı deyil. Sınanmış metodlardan istifadə edin.
Günün ikinci yarısında romantik hisslərin əsiri olmayın. Maraqlandığınız insanın vədlərinə inanmayın. Dəyər verdiyiniz insanla təmasları sərinlətməyin. Axşam saatlarında normal istirahət edin.
Əkizlər - adi günlərdən fərqli olaraq fikir ayrılıqları və mübahisələr çoxdur. Situasiya günün ilk yarısında bəzi aktual məsələlərin həllində çətinliklər yaradacaq. Ev işləri və ailə qayğıları diqqəti cəmləməyə mane olacaq. Peşəkar fəaliyyət müstəvisindəki maneələri aradan qaldırın.
Günün ikinci yarısında işdə rəhbərliyin kəskin narazılığına səbəb olmayın. İşlərinizə qarışan və belə müdaxilələri normal sayan adamın cavabı sərt olmalıdır.
Mühüm məsələləri həll etmək üçün yaxşı zaman deyil. Dil tapmaq asan deyil. Münaqişə riski artır. Emosiyaların təsiri altında düşünülməmiş addımlar atmayın. Belədə dəyər verdiyiniz nəsnə puç ola bilər.
Xərçəng - maraqlı və uğurlu gündür. Yaşam sizi sevindirəcək. Ən mürəkkəb işlərə çəkinmədən başlayın. Çoxdan bəri həllini tələb edən məsələni çözmək imkanını əldən verməyin. Gündəlik, rutin işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Yaxın ətrafınızdakı insanları üstələməyə çalışın. Bununla yanaşı, sizin kimi aktiv və enerjili olmayan insanlara yardım etməyi də unutmayın.
Günün ikinci yarısı işgüzar görüş, potensial tərəfdaşlarla danışıqlara başlamaq üçün münasibdir.
Yaxınlarınızla münasibətlər yaxşı olacaq. Son vaxtlar mübahisə etdiyiniz insanlarla təmasları normallaşdırın. Biznesinizə pul yatıra bilərsiniz.
Şir - həll olunması üçün etibarlı insanların yardımı gərəkən ciddi məsələlər var. Yaxın ətrafınızdakı insanlardan biri sizə kömək edəcək. O, sizə yardım etməyə hazırdır.
Etibarlı insanlarla işbirliyində xeyir var.
Soyuqqanlı və təmkinli olun. Belə davranışınız diqqətsiz qalmayacaq. Diqqət mərkəzində olacaqsınız.
Günün ikinci yarısında bilik və bacarıqlarınızı artırın, təcrübənizi zənginləşdirin. Yaşamla bağlı baxışlarınıza əhəmiyyətli təsir edəcək məlumat ala bilərsiniz. Alış-verişdə çox pul xərcləməyin.
Axşam saatlarında gəzintiyə çıxın.
Qız - günün ilk yarısında planlaşdırdığınız işlər normal məcrada olmayacaq. Başa çatdıra bilmədiyiniz işləri müəyyən vaxtdan sonra bitirə bilərsiniz. Əsəb sisteminiz bu gün xüsusilə həssasdır. Özünüzü narahat hiss etdiyiniz məkana yollanmayın. Rəğbət bəsləmədiyiniz insanlardan uzaq durun.
Günün ikinci yarısında pozitiv emosiyalar almağa çalışın.
Anlaşma və müqavilələr üçün əlverişli zaman deyil. Böyük gəlirlər olmayacaq. Alış-verişdə bədxərclik etməyin. Situasiya ağırlaşarsa, yardım istəməkdən çəkinməyin.
Çətinliklərin öhdəsindən təkbaşına gəlmək zərurəti yoxdur.
Tərəzi - kiçik, amma çoxsaylı problemlər yaranacaq. Formalaşan çətinliklər təcili həll tələb edir. Müşküllərin çözümünə yaradıcı yanaşın. Adi işləri ağırlaşdırmayın. Adi günlərlə müqayisədə həmkarlarla ixtilafların sayı artır. Əks cins mənsubu ilə diqqətli olun.
İnandığınız insan sizi aldada bilər.
Günün ikinci yarısında qarışıq və laübəli informasiyalar alacaqsınız. Gələn məlumatları ayırd etmək üçün zamana ehtiyacınız var. Dəvət olunduğunuz tədbir maraqsız və usandırıcıdır. Yaşam potensialınızın səviyyəsi aşağıdır. Yaxşı görünmək üçün səyləri əsirgəməyin.
Əqrəb - günün ilk yarısında peşəkar fəaliyyət müstəvisində və şəxsi münasibətlərdə problemlər yarana bilər. Qarşınıza qoyduğunuz məqsəddə yanılmayın. Yanlış yolla irəliləməyin. Səhvlərin fəsadlarını aradan qaldırmaq gec deyil. Sürətli və aktiv olun. Maliyyə itkiləri istisna deyil. Pula ehtiyacınız var.
Günün ikinci yarısında səfər və ya səyahətə yollana bilərsiniz. Təkbaşına, müstəqil çalışın. Yeni tanışlıqlar olacaq. Birlikdə çalışdığınız insanların dəyərləndirilməsində səhv etməyin.
Şübhəli davranan insanlardan uzaq durun.
Oxatan - günün ilk yarısında yaranacaq ideyaları həyata keçirmək asan deyil. Yaxın ətrafınızdakı insanlardan yardım və ya dəstək gözləməyin. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. İşdə həmkarlarla, işdən kənarda isə dostlarla münasibətləri korlamayın.
Dəyər verdiyiniz insanlar sizin problemləri və nigaranlığı anlamayacaqlar.
Kiçik, amma xoşgəlməz maliyyə itkiləri istisna deyil.
Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişli deyil. Səfər yorucu ola bilər. Əhvalınız korlanacaq. Sevdiyiniz insanla münasibətlərə önəm verin. Ən kiçik tənqidə, irada kəskin reaksiya verməyin. Xırda məsələlər sizi qıcıqlandırmasın.
Axşam saatlarında başağrıları istisna deyil.
Oğlaq - qüvvə və potensialınızı dürüst qiymətləndirin. Öhdəsindən təkbaşına gələ bilməyəcəyiniz işlərə başlamayın. Müttəfiq və ya tərəfdaşlarınızın təklif etdikləri yardımlardan imtina etməyin. Rəqibləriniz və bədxahlarınız sizinlə bağlı şayiələr yayacaqlar. Onlar nüfuzunuza zərbə vurmağa çalışacaqlar.
Günün ikinci yarısında önəmli qərar qəbul etmək və ya mühüm məsələni yaxınlarınızla müzakirəyə çıxarmaq məsləhət deyil. Pul və maliyyə məsələləri ilə bağlı ailədə fikir ayrılıqları yarana bilər. Planlarınız ciddi məsrəflər tələb edir. Səhhətinizə fikir verin. Yoluxucu xəstəliyə tutulma riski var.
Axşam saatlarında gəzintiyə çıxın.
Dolça - ətrafınızdakı tələskənlik və qarışıqlığa rəğmən sakit, soyuqqanlı və təmkinli olun. Diqqət və səliqə tələb edən işlərdə uğurlara nail ola bilərsiniz.
İşdə həmkarlarla münasibətlərdə fikir ayrılıqları və ixtilaflar yaranacaq. Mübahisələrdə haqlı olduğunuzu sübut edən məqamları aşkarlayın, inamlı olun.
Əvvəllər sizdən asılı olmayan səbəblərə görə kəsilmiş münasibətləri günün ikinci yarısında bərpa edə bilərsiniz. Təcrübəli və müdrik insanların məsləhətlərinə qulaq asın. Başqalarının səhvlərini təkrarlamamaq üçün sayıq davranın.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - gün o qədər də pis deyil. Peşəkar fəaliyyət müstəvisində həmkarlarla narazılıqlar, fikir ayrılıqları yarana bilər. İşgüzar tərəfdaşlarla təmaslarda diqqətli olun.
Rəhbərliklə münaqişə yaratmayın, problemin həlli üçün dil tapın. Qərarlar və göstərişlərin dürüst olmasına çalışın. Günün ikinci yarısında yaranan problemləri qısa müddətdə çözə bilərsiniz. Emosional fon əlverişlidir. Əhvalınızı korlamayın, nikbin olun. Axşam saatlarına yaxın ətrafınızdakı insanlarla ünsiyyət pozitiv emosiyalar yaradacaq.
Milli.Az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qarpızın qiyməti düşdü, kəndli sata bilmədiyi qarpızları yerə vurdu
İsrailli nazir: "Qəzzanı tam işğal etməliyik"
İkardi İstanbula dönə bilmir - Hücumçu üç vəkil tutub
İstefasından 8 gün geri dönən Emre Belözoğlu vəd verdi
"Cevat Akarsu" anasının yanında dəfn olunub
Rövşən Lənkəranskinin xalası oğlu və daha bir "Qanuni oğru" Rusiyada saxlanıldı - VİDEO
"Beşiktaş"da sürpriz ayrılıq - Raşica alman klubu ilə anlaşdı
Müğənni Hadisə özünü elə dəyişdirdi ki... - FOTO
Tramp və Putin arasında bir saat çəkən müzakirə - Rusiya Ukrayna məsələsində geri çəkilməyib
İzmirdə yanğın: meşəbəyi ölüb
Evlərdə işıq, qaz və su... - Şişirdilmiş qiymətlər və ya itki necə aşkarlana bilər?
İlham Əliyev və Qırğızıstan prezidenti Ağdamda: Xıdırlı kəndinin 1-ci mərhələsinin və məktəbin açılışı oldu - FOTOLAR (Yenilənib)
Azərbaycana bu məhsullarının gətirilməsi qadağan olunub
Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə imtahan... - Suallar qəsdən çətin salınır, yoxsa?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycan dili üzrə iyunun 29-da keçirilən test imtahanının nəticələri elan olunub
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
Şahbaz Şərif Füzuli Beynəlxalq Hava Limanında qarşılandı - FOTO
Prezident İlham Əliyev Xankəndidə - FOTOLAR (Yenilənib)
Azərbaycan və Özbəkistan prezidentləri Xankəndidə fabrikin fəaliyyəti ilə tanış olublar
Güclü külək əsəcək - Xəbərdarlıq
Müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsinə start verilir
Sadır Japarov Azərbaycana gəlib
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
ONLAR KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ HAKİM TƏYİN OLUNUR - Siyahı
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
İlham Əliyev Rəşid Meredovu qəbul edib - FOTOLAR
Prezident İlham Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoydu - FOTOLAR
Prezident İlham Əliyev Lukaşenkoya məktub göndərib - MƏTN
Sabah hava necə olacaq? - Proqnoz
Kamal Kılıçdaroğlunun ofisi satışa çıxarıldı - Elan ictimailəşdikdən dərhal sonra... (FOTOLAR)
“MilliKart”a lisenziya verildi
BAKIDA TƏHLÜKƏ SAÇAN KANALZASİYA LYUKLARI... - VİDEO, FOTO
Bakıda 14-cü mərtəbədən yıxılan qız sağ qalıb
"Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Daha bir nəfər "Bakı Metropoliteni"nə keçdi
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq verilib
Daha bir "qazzapravka"nın fəaliyyəti dayandırıldı
Azərbaycanlı Xarkov vilayəti üzrə baş prokuror təyin olunub