Salyanda qadınları tarlaya aparan maşın kanala düşdü: 61 yaşlı qadın öldü - FOTO

img

22-09-2023 [10:44]


Salyanın Parça Xalac kəndində işçiləri sahəyə alaq vurmağa aparan "FORD" markalı mikroavtobusun aşması nəticəsində 61 yaşlı qadın Eyyubova Bəyanə Mükafat qızı dünyasını dəyişib..

Mia.az xəbər verir ki, bu barədə rayonda fəaliyyət göstərən hüquq müdafiəçisi Emil Məmmədov açıqlama verib.

Onun sözlərinə görə, kanala düşən maşında qalmış qadının cansız cəsədi FHN-nin Muğan Regional Mərkəzinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Samir

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA