UEFA Avropa Konfransı: "Fənərbağça" Danimarka komandasını məğlub elədi (FOTOLAR)

UEFA Avropa Konfransı: "Fənərbağça" Danimarka komandasını məğlub elədi (FOTOLAR)

İDMAN

22.09.2023, 00:04

UEFA Avropa Konfransı Liqası H qrupunun ilk matçında "Fənərbağça" Danimarkanın "Nordjaelland" komandasını qəbul edib.

Mia.az TRTSpor-a istinadla xəbər verir ki, İstanbul klubu qarşılaşmadan 3-1 hesabı ilə qalib ayrılıb.

Matçda ilk qolu "Fənərbağça"lı Migel Krespo vurub. O, 24-cü dəqiqədə Rayan Kentin ötürməsini baş zərbəsi ilə qapıdan keçirib - 1-0.

31-ci dəqiqədə isə Mişi Batşuayi hesabı artırıb- 2:0.

İkinci hissəyə də güclü başlayan “Fənərbağça”lı Serdar Əziz  48-ci dəqiqədə künc zərbəsindən ötürməni əla zərbə ilə qola çev irib - 3:0.

56-cı dəqiqədə qonaqlar bu qollardan birinin əvəzini çıxıb - 3:1.

Beləliklə, oyun bu hesabla başa çatıb.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR