Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20-09-2023 [00:20]
Qoç - Maraqlı və hadisələrlə zəngin gündür. Tənbəllik etməyin, süst davranmayın. Yeni layihələr və işlər uğurlu olacaq. Ən cəsarətli, avantüra təsiri bağışlayan istəyinizi dəstəkləyənlər olacaq. Müttəfiqləri uzun müddət aramağa ehtiyac yoxdur. Yaxın ətrafınızdakı insanlarla dil tapmağa çalışın.
Günün ikinci yarısında gözlənilməz, amma çox xoş və maraqlı təklif ala bilərsiniz.
Dəyər verdiyiniz insanlarla ünsiyyət sizdə xoş əhval-ruhiyyə yaradacaq. Niyyətlərinizlə məramlarınızı konkretləşdirin. Köhnə dostlar özlərini yada salacaqlar. Axşam saatlarında normal istirahət edin.
Buğa - Günün ilk yarısında çətinliklər az olmayacaq. Qarşınıza qoyduğunuz məqsəddən imtina etməyin. Hədəfə sürətlə çatmağı ağlınızdan da keçirməyin. Qətiyyətli və iradəli olun, əzmkar davranın. İşin müqabilində əldə edəcəyiniz mükafat pis olmayacaq. Yaşlı qohumlarla ünsiyyətdə fayda var. Kömək üçün müraciət edən insana yardım edin. Təcrübənizi bölüşməkdən çəkinməyin.
Günün ikinci yarısında maliyyə məsələlərini həll etməyə başlayın. İşgüzar intuisiyanız sizi yanıltmayacaq. Səfər və ya səyahət pis alınmayacaq. Evdən uzaqda yeni təəssüratlar istisna deyil. Təəssüratlar xoş olacaq.
Əkizlər - Tələskənliyə yol verməyin. Düşünülməmiş addımlar atmayın. Çox sadə və primitiv təsir bağışlayan işlərin həllində ciddi, qətiyyətli, iradəli olun. İstirahət, əyləncə istəklərini unudun. Əhvalınız pis olmayacaq.
Günün ikinci yarısında dəyər verdiyiniz insanla ünsiyyətdə diqqətli və səmimi olun. Tənqid və iradları bol etməyin. Bu, qarşı tərəfdə inciklik yarada bilər. Yaxınlarınızın ünvanına zarafatlardan çəkinin. Onlar çox həssas və incik olacaqlar. Gündəlik həyatınızda faydalı ola biləcək yenilikləri əxz edin. Axşam saatlarında gəzintiyə çıxın.
Xərçəng - Günün ilk yarısında hər şey yaxşıdır. Narahatlıq və nigaranlıq üçün heç bir səbəb yoxdur. Nəzərdə tutduğunuz layihəni reallaşdırmaq gözlədiyinizdən də asandır. Dostlar sizə yardım edəcəklər. Onlar problemlərin həllinin yeni variantını təklif edəcəklər. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin.
Günün ikinci yarısı yeni tanışlıqlar üçün əlverişlidir. Təxəyyülə qapılmayın, illüziyalara aldanmayın. Yaşanan olayları bədbin çalarlarda görməyin. Nikbin olun. Problemlərin həllində yaradıcı olun. Axşam saatlarını əyləncəyə həsr edə bilərsiniz.
Şir - Günün ilk yarısında kiçik problemlər və anlaşılmazlıqlar ola bilər. Yaşananları ürəyinizə salmayın. Ciddi problemlərdən çəkinməyin. Kiçik çətinliklərin öhdəsindən gələcəksiniz.
Yeni tanışlıqlar yaxşı perspektivlər vəd edir. Günün ikinci yarısında yaxınlarınızın qayğısına qalın. Onların rifahı ilə bağlı məsələləri qulaqardına vurmayın. Yardımlarınız qəbul olunacaq, dəyərləndiriləcək. Qohumlar və dostlar üçün hədiyyələr alın. Sevdiyiniz insana sürpriz etməyi unutmayın.
Qız - Gün ciddi problemlər vəd etmir. Maliyyə problemlərinin həllində diqqətli və sayıq olun. Alış-verişdə bədxərclik etməyin. Ailə münasibətləri pis deyil. Yaxınlarınızla münasibətlərdə mübahisələr, problemlər istisna deyil. Hansısa məsələlərlə bağlı vahid mövqe əldə olunmazsa, narahat olmayın.
Günün ikinci yarısında maraqlı tərəfləri təmin edəcək həll variantını tapmaq olar. Ümumi, vahid məqsədə çatmaq üçün səyləri birləşdirməkdə fayda var.
Sizdən yaşlı və təcrübəli olanlar da dediklərinizə qulaq asacaqlar. Liderlik məziyyətlərinizi nümayiş etdirin. Axşam saatlarında səhhətinizdə problemlər ola bilər. Özünüzü qoruyun.
Tərəzi - Pozitiv emosiyalar vəd edən yaxşı gündür. İdeyalarınızın hamısı yaxşı olmasa da, onların arasında uğurlu olanları seçərək məqsədə doğru aparan yolda irəliləyə bilərsiniz.
Tamamilə yeni işlə məşğul olmaq mümkündür. Günün ikinci yarısında rəğbət bəsləmədiyiniz insanlarla görüş istisna deyil. Həmin adam son gördüyünüz zamandan bəri xeyli dəyişib. Köhnə problemlər və anlaşılmazlıqları unudun, yeni münasibətlərin təməlini qoyun. Xırda məsələlərdə və detallarda intuisiya sizi aldatmayacaq. Ciddi işlərdə sayıq olun.
Əqrəb - Gün mənfi xüsusiyyətlərdən xali deyil. Etiraf edin ki, problemlərin əksəriyyətinin səbəbkarı sizsiniz. Hiyləgərlik etməyin, intriqalara qatılmayın. Səmimiyyət və şəffaflıq uğuru təmin edəcək. Uşaqlıq dostları ilə görüş üçün əlverişli zamandır. Son vaxtlar darıxdığınız, görmək istədiyiniz insanlarla günün ikinci yarısında bir araya gələ bilərsiniz.
Axşam saatlarına yaxın ev işləri yorucu və usandırıcı təsir bağışlamayacaq. Yaşam arealında qayda yaradın. Mətbəxdə eksperimentlər apara bilərsiniz. Qonaqlar istisna deyil.
Oxatan - Günün ilk yarısında hər şey uğurlu olacaq. Vaxtınızı ciddi işlərə sərf edin. Mühüm görüşlərin müzakirəsi, sizi çoxdan bəri narahat edən məsələlərin həllində qətiyyətli olun. İradəli davranın. Əhvalınız yaxşılaşa bilər.
Günün ikinci yarısında yarımçıq işi başa vurun. Gəzinti və kiçik səfərlərə çıxa bilərsiniz. Axşam saatlarına yaxın işgüzar aktivliyiniz azalmasın. Passiv olmayın. Süst davranmayın. Maraqlı işlə məşğul olun. Amma qüvvə və səylərinizi mənasız işlərə xərcləməyin. Axşam saatlarında normal davranın.
Oğlaq - Ailə münaqişəsi istisna deyil. Qohumlarınızla ünsiyyətdə problemlər yarana bilər. Dostlarla belə, dil tapmaq asan deyil. İş, əmlak və maliyyə ilə bağlı məsələləri yaxşı tanımadığınız insanlarla bölüşməyin.
Rəğbət bəslədiyiniz insanlar sizə yardım edəcəklər. Onlar yaxşı məsləhətlər verəcəklər.
Günün ikinci yarısında ideyalar istisna deyil. Çətinliklər əsasən praktiki məzmunla bağlıdır. Layihə və ya ideyaların həyata keçirilməsini təxirə salmayın. İşlər alınarsa, tələskənliyə yol verməsəniz, yaxşı nəticələrə nail olacaqsınız. Uzunmüddətli səfəri diqqətlə planlaşdırın.
Dolça - Günün ilk yarısında həssas və qayğıkeş olun. Maraqlandığınız işlə məşğul ola bilərsiniz. Yaxın ətrafınızdakı insanların neqativ əhvalına fikir verin. Tənqidlərdən sonra ruhdan düşməyin. Kəskin antipatiyanız olan insanla ünsiyyəti dayandırın.
Yeni tanışlıqlar əsnasında intuisiyanıza güvənin.
Günün ikinci yarısında kiçik səfər və ya gəzinti ola bilər. Alış-verişdə bədxərclik etməyin. Əsla zərurət duymadığınız nəsnələrə pul xərcləməyin. Sizinlə maraqlanan insan var. Davranışlarınıza fikir verin.
Balıqlar - Sakit və rahat gündür. Uzun müddətdən bəri gözlədiyiniz məlumatı eşidəcəksiniz. Hadisələr məhz gözlədiyiniz məcrada inkişaf edəcək. Planlarınızı həyata keçirə bilərsiniz. Niyyətlərinizə dəyişikliklər etməyin.
Ünsiyyət, müzakirələr və danışıqlar üçün əlverişli zamandır. İndiyədək dil tapa bilmədiyiniz insanlarla danışıqlar aparın. Günün ikinci yarısında qayğıkeş olun. Rəqiblərlə dil tapmaq, münasibətləri korlayan problemləri həll etmək, çətinliklərə son qoymaq mümkündür.
Yeni informasiyanı asanlıqla əxz edə bilərsiniz. Bilik və bacarıqların artırılması, yeni təcrübənin əldə olunması üçün münasib zamandır. Alınan məlumatları diqqətlə dəyərləndirin.
Milli.Az
Ata bir komandada baş məşqçi, oğul digərində futbolçu... - "Alanyaspor" tək qolla qalib gəldi
Axtarışda olan partiya sədri Türkiyədə tutuldu - 14 yaşlı qızı və 74 yaşlı qadını...
Partiya sədri bir ayın içində həm atasını, həm də anasını itirdi
Zelenski Makronla telefonda danışdı: yeni müdafiə paketi və Aİ-yə üzvlük müzakirə olunub
Baxçalı məşhur deputatı istefaya məcbur elədi - Ərdoğana meydan oxuma baha başa gəldi
Nigeriyada neft kəmərinə 4800-dən çox qanunsuz qoşulma aşkarlanıb: "Hər gün 13 milyon dollarlıq neft oğurlanır..."
İtaliyada xəstəxanada güclü yanğın: 4 nəfər ölüb
Türkiyə bu ölkə prezidentinin oğlunu axtarışa verdi - Səbəb (VİDEO)
Qəzzada ölənlərin sayı 18 minə çatıb - 50 minə yaxın isə yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramov Belçikaya işgüzar səfərə gedib
27 yaşlı şəxs xanına qıydı - Şəkidə
Gürcüstan Parlamentinin sədri Bakıya gəlib - FOTOLAR
Prezident İlham Əliyev Aleksandar Vuçiçlə görüşüb - FOTOLAR
Yusif Səmədoğlu adına nəsr yarışmasının qalibləri açıqlandı - Onlar kimdir? (FOTOLAR)
İlham Əliyev Bolqarıstan prezidentini Azərbaycana səfərə dəvət edib - Serbiyada görüş (FOTOLAR)
İlham Əliyev Serbiyada: Prezident Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışına qatılıb - FOTOLAR (Yenilənir)
Sabah hava necə olacaq? - Proqnoz
Ceyranbatanda mənzildə partlayış olub - Ev sahibi yaralanıb (FOTO)
Gəncədə toyda kütləvi dava: 3 nəfər bıçaqlanıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Nazirlikdə korrupsiya: "Yoxlamalar zamanı 950 min manatı ona vermişəm..." - Generalla polkovnik məhkəmədə mübahisə etdi
İlham Əliyev Keniya prezidentinə məktub göndərib - MƏTN
SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası davam edir - CƏDVƏL
Azərbaycan BMT-nin nüfuzlu konfransına ev sahibliyi edəcək
GÜCLƏRİN CƏNUBİ QAFQAZDAKI SAVAŞI və ya QƏRBİN GİZLİ PLANI... - Əliyev erkən seçkiyə niyə qəfil qərar verdi?
Zakir Həsənov generalları topladı, tapşırıqlar verdi - Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
İqtisadiyyat naziri vəzifədən çıxarıldı, yeni təyinatlar oldu - Sərəncam (Yenilənib)
Sabah yağış yağacaq
Tovuz rayon sakinini qatar vurub
PREZİDENT BU SƏFİRLƏRİ GERİ ÇAĞIRDI - Yeni təyinatlar
MƏHƏRRƏM ƏLİYEV VƏZİFƏDƏN ÇIXARILDI: yeni təyinat - Sərəncam
Şəhid anasının hədə-qorxu ilə pulunu alan şəxs qandallandı - FOTO
Qaradağda dəmir yolu xəttindən 500 metr relsi sökən oğrular tutuldu
Azərbaycan nefti bahalaşdı
"MƏN HƏR HANSI RİSK GÖRMÜRƏM, OLA BİLƏR Kİ..." - Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsinin TAM MƏTNİ (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə kuboku: 5-ci turun püşkü atılıb - Qarşılaşmalar
"Qalatasaray" "Adana Dəmirspor"u devirdi - 3 qolla
Rəsmi Tehran: "Quterreşin çağırışına məhəl qoymamaq qlobal təhlükəsizliyin çökməsinə səbəb olacaq"
MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqlədi - CƏDVƏL (Yenilənib)
Ombudsman Səbinə Əliyevaya ağır itki üz verib