MN: "Xankəndi atəşə tutulmayıb"

img

19-09-2023 [23:53]


"Ermənistanın bəzi sosial media hesablarında guya Xankəndi şəhərinin Silahlı Qüvvələrimiz tərəfindən “Qrad” yaylım atəşli reaktiv sistemindən atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır".

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirlik həmçinin Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən “Polonez” və “LORA” əməliyyat-taktiki raket sistemlərindən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatları da təkzib edib: "Bunlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır".

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA