Ərdoğanın xanımı Kolumbiya prezidentinin xanımını Türkiyəyə dəvət edib

img

19-09-2023 [18:08]


Ərdoğanın xanımı Kolumbiya prezidentinin xanımın Türkiyəyə dəvət edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

O, bildirib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası toplantıları çərçivəsində Nyu Yorkdakı  Türk Evində Veronika Alcocer Qarsiya ilə görüşüb: "Görüşdə qadın hüquqları, təhsildə bərabər imkanlar və BMT-nin Baş katibi Antonio Quterreşlə imzaladığımız  BMT-nin Sıfır Tullantı Məsləhət Şurası ilə bağlı müzakirə apardıq."

2015-ci ildə Kolumbiya səfərinə toxunan Əminə Ərdoğan “31 Oktyabr Dünya Şəhərlər Günü” münasibəti ilə Qarsiyanı İstanbulda qəbul etmək istədiyini də onun diqqətinə çatdırıb.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA