Keniyada qanunsuz hərbi təlim keçirən xaricilər saxlanılıb

img

15-09-2023 [13:16]


Keniyada qanunsuz hərbi təlim keçirən 4 xarici ölkə vətəndaşı saxlanılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  Keniya polisi paytaxt Nayrobidə bir oteldə qalan və qeyri-qanuni hərbi təlim keçdiyi təsbit edilən 4 nəfərə qarşı əməliyyat keçirilib.

Məlumata görə, polis ölkəyə turist vizası ilə daxil olan 2 Kamerun, 1 Nigeriya və 1 Toqo vətəndaşının dini qurum olan "Connacce International Chaplain" təşkilatının "damı altında", əslində, təqiqət üzvlərinə hərbi təlim keçdiyini müəyyənləşdirib.

Xəbərdə deyilir ki, məhkəməyə çıxarılan 4 əcnəbi vətəndaş pul girovu müqabilində zaminə buraxılıb: "Prosesdə prokurorluq israrla onlaırn barəsində ən azı 5 günlük həbs qətimkan tədbiri tələb etsə də, məhkəmə bu tələbi rədd edib. Proses sentyabrın 20-də davam etdiriləcək".

Xatırladaq ki, Keniya polisi son bir ay ərzində ölkədə qeyri-qanuni fəaliyyətlə məşğul olan əcnəbilərə qarşı əməliyyatlar keçirir.

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA