İtaliyaya savaş açıblar: "Bu köçü yönləndirənlər var, yoxsa birdən-birə niyə 120 qayıq gəlsin ki..."
14-09-2023 [13:03]
İtaliyanın Şimali Afrikaya ən yaxın bölgəsi olan Lampeduza adasına bir gündə 6 mindən çox afrikalının qanunsuz keçidi ölkədə böyük rezonans doğurub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 36 saat ərzində adaya içi dolu afrikalı qaçqın olan 120-dən çox qayığın daxil olması ölkə rəsmilərini ayağa qaldırıb.
Məlumata görə, son 36 saatda adaya 120 qayıqla 6 mindən çox miqrant girib.
Zaman-zaman adadakı italyan polisi ilə də toqquşan miqrantların kütləvi axını ada sakinlərini yerli bələdiyyə binasının qarşısında aksiyaya sövq edib.
Bundan sonra İtaliyanın Aralıq dənizində qeyri-qanuni mühacir axınına məruz qalan Lampeduza adasının bələdiyyə məclisi“fövqəladə vəziyyət” elan edib.
Qərar Lampeduzanın meri Filippo Mannino tərəfindən açıqlanıb.
Son 36 saatda yaşadıqları mühacir sıxlığının adadakı immiqrant qəbul sistemini və yardım imkanlarını gərginləşdirdiyini ifadə edən Mannino hökumətin məsələyə təcili müdaxilə etməsini tələb edib.
"Rainews24" kanalının xəbərinə görə, ölkənin Daxili İşlər Nazirliyi bu gün Lampedusada olan miqrantları hissə-hissə digər bölgələrə köçürcərək, onları araşdıracaq: "Uyğunsuz sayılanlar deport olunacaq. İlkin məlumata görə. bu gün 1650, sabah 3 min 750, o biir gün isə 2 min 270 miqrant adadan çıxarılacaq"
Qanunsuz mühacirət əleyhinə fikirləri ilə tanınan Baş nazirin müavini, Nəqliyyat və İnfrastruktur naziri Matteo Salvini Romada isə mətbuat konfransı keçirərək, sensasiyalı iddialar səsləndirib. O, bu cür axını təsadüf saymayıb və baş verənlərdə Avropanın digər ölkələrini və təşkilatları günahlandırıb.
Sağ millətçi Liqa Partiyasının da lideri olan Salvini immiqrasiya mövzusunda həmrəylik nümayiş etdirməyən Avropa Birliyi və digər üzv ölkələri tənqid edərək, İtaliyanın meydanda tək qaldığənı deyib: "Sərhədi bağlayırlar. Bəs həmrəylik deyirdilər. Elə deyilmi? Bəs harada qaldı o həmrəylik?!".
Lampeduzaya gələn çoxlu sayda miqrant qayıqlarının arxasında “mütəşəkkil cinayət sistemi”nin olduğunu iddia edən Baş nazirin müavini daha sonra deyib: “120 qayığın gəlişi kortəbii bir hadisə deyil. Baxın, 3 qayıq deyil, 120 qayıqdan bəhs edirik. Bu bir sıradan hadisə deyil. Bu, bir müharibə aktıdır. Bu, bizə savaşdır. Bu, İtaliya cəmiyyətinin çöküşünə nail olmaq planıdır. Bəli, bu, təkcə Lampeduzanın problemi deyil. Məncə, bu köçün arxasında duran, onlaır konkret yönləndirənlər ölkələr də var. Biz bu barədə hökumət daxilində sakit şəkildə danışacağıq".
Lamiyə Əhmədli
MİA.AZ
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq