Əfqanıstanda bir ilk - Çinin Kabildəki yeni səfiri etimadnaməni "Taliban"a təqdim edib
14-09-2023 [12:52]
Əfqanıstanda "Taliban"ın iqtidarı ələ keçirməsindən sonra ilk dəfə olaraq bir ölkə səfiri "Taliban" administrasiyasına etimadnamə təqdim edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dünən Çinin Kabildəki yeni səfiri Cao Şinq etimadnaməni Taliban administrasiyasına təqdim eləmək üçün qruplaşma liderləri ilə görüşüb.
Məlumata görə, mərasimdə iki ölkə arasında münasibətlərin gələcək perspektivləri də müzakirə olunub.
Talibanın müvəqqəti hökumətinin baş naziri Molla Məhəmməd Həsən Axund mərasimdə Çinin Kabildəki yeni səfiri Cao Şinqin təqdim etdiyi etimadnaməni qəbul edərək, bu addımı ikitərəfli münasibətlərdə mühüm rol oynayacağını qeyd edib.
Taliban hökuməti rəsmilərindən Bilal Kərimi isə sosial media hesabında Çinin Kabildəki yeni səfiri Cao Şinqin etimad məktubunu Taliban müvəqqəti hökumətinin baş nazirinə təqdimatına belə şərh verib: "Çin Əfqanıstanın daxili işlərinə qarışmaq niyyətində deyil. Cao mərasim zamanı Əfqanıstanın müstəqilliyinə, ərazi bütövlüyünə və qərarlarına hörmətlə yanaşdığını dilə gətirdi...".
Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid də Çinin yeni səfir təyin etməklə Taliban hökumətinin rəsmi tanınması istiqamətində mühüm addım atdığını bildirib.
Xatırladaq ki, ABŞ-ın rəhbərlik etdiyi NATO qüvvələri 2021-ci ilin avqustunda Əfqanıstandan çıxdıqdan sonra bütün gözlər Çinin Əfqanıstandakı investisiyalarının həcminə çevrilib. Taliban hökumətini rəsmən tanımasa da, Çin rəhbərliyi Əfqanıstanda neft və digər mədənlərin istismarı ilə bağlı Taliban hökuməti ilə yanvarın 5-də saziş imzalanıb. sazişə əsasən, Taliban müvəqqəti hökuməti ilə Çin şirkəti (CAPEIC) arasında ölkənin şimalında Amu çayı ətrafında neft axtarılacaq. Bundan əlavə, Cüzcan, Faryab və Sar-i Pul əyalətlərində 4500 kvadrat kilometr sahədə neft kəşfiyyatı aparılacaq. Çin şirkətinin ilk ildə 150 milyon dollar olmaqla, 3 ildə isə bu məqsədlər üçün 540 milyon dollar sərmayə qoyacaq.
Digər tərəfdən, Taliban rəhbərliyi şimaldakı Bədəxşan əyalətindən keçərək Çinə açılan Vuhan dəhlizinin aktiv ticarət yoluna çevrilməsi üçşün Pekinə minnətçi düşüb.
Lamiyə Əhmədli
MİA.AZ
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq