Əli Əsədovun 78 yaşlı müavini vəzifədən gedir? - "AzerGold"un rəhbərinin yüksək vəzifəyə gətiriləcəyi barədə xəbər yayılıb
11-09-2023 [23:26]
Uzun illərdir Baş nazirin birinci müavini postunu tutan Yaqub Eyyubov yaxın zamanlarda təqaüdə göndəriləcək.
Bu barədə Gununsesi.info-nun hökumətdəki mənbələrə istinadən verdiyi xəbərə görə, buna səbəb 78 yaşlı Eyyubovun səhhətində yaranmış problemdir.
Məlumata görə, artıq baş nazirin birinci müavinini əvəz edəcək şəxsin də kimliyi müəyyən olunub.
Bu, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində çalışan Zakir İbrahimovdur.

Mia.az xəbər verir ki, Zakir İbrahimov hələ bir müddət əvvəl Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vəzifəsində can atıb. Lakin həmin vəzifəyə başqası göndərilib. Ondan sonra onun adı bir ildən çoxdur sədr vəzifəsi boş olan "Azərsu" ASC-yə hallanıb. Lakin hələki bu da alınmayıb.
Mia.az-ın məlumatına görə, iqtidar düşərgəsində iqtisadiyyat naziri Mikayıl Cabbarovun adamı kmi tanınan Zakir İbrahimovun bir çox "kapriz"ləri də var. Və bu da onun karyerasına maneə yaradan əsas faktorlardandır.
Onun hətta bir ara "Azərgold"dakı vəzifəsindən çıxarılması da gündəmdə olub. Lakin Z.İbrahimov bu "təhlükə"dən sovuşa bilib.
Onu da qeyd edək ki, 2 aprel 1974-cü il tarixində Bakı şəhərində anadan olan Zakir İbrahimov 1990-cı ildə Leninqrad Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olub.
1995-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib.
2004-2006-cı illərdə Odlar Yurdu Universiteti, ABŞ Corciya Dövlət Universitetinin Magistr proqramı üzrə biznesin idarəedilməsi (MBA) istiqamətində təhsil alıb.
1993 – 1995-ci illərdə “TAİS” Azərbaycan Gənclər İnteqrasiya Mərkəzində Hüquq və Biznesin İnkişafı üzrə Mütəxəssis vəzifəsində çalışıb.
1995 – 1998-ci illərdə “Azticarət” Açıq Tipli Səhmdar Cəmiyyətində Hüquq və Biznesin İnkişafı üzrə Aparıcı mütəxəssis vəzifəsində çalışıb.
1998 – 2002-ci illərdə “Azpetrol LTD” Məhdud Məsuliyyətli Cəmiyyətində Xüsusi Layihələrin Koordinasiyası və Təchizat Şöbəsinin müdiri vəzifəsində çalışıb.
2003 – 2004-cü illərdə “EUPEC PipeCoating Azerbaijan BM” Baş direktorun müavini vəzifəsində çalışıb.
2004 – 2005-ci illərdə “Azpetrol Neft Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətində Strateji Araşdırmalar, -İctimaiyyətlə Əlaqələr, Marketinq və Təchizat Departamentinin müdiri vəzifəsində çalışıb.
2005 – 2006-cı illərdə Moldova Respublikasında “Azpetrol SRL” şirkətində Baş direktor vəzifəsində çalışıb.
2006 – 2009-cu illərdə “EVR LTD” Məhdud Məsuliyyətli Cəmiyyətində Baş direktor vəzifəsində çalışıb.
2009 – 2016-cı illərdə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətində İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
O, 26 may 2016-cı il tarixindən etibarən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində çalışır.
MİA.AZ
Bernardo Silva İtaliya nəhənginin radarına düşüb
"PSJ"nin cinah hücumçusu Bredli Barkola zədələnib
Coşua Zirkze mövsümün sonunda "Mançester Yunayted"dən ayrıla bilər
İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı videoçarx paylaşılıb
Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib
İspaniya bu il Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayıracaq
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
Aİ və İslandiya müdafiə sahəsində tərəfdaşlığa dair saziş imzalayıb
Bu gecə Xırdalanın bəzi ərazilərində işıq olmayacaq
Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı