İraqda türk, ərəb və kürd qarşıdurmasının qarşısı alındı: qərargah peşmərgəyə verilmədi, Baş nazir qərarını geri çəkdi
04-09-2023 [09:26]
Xəbər veriildiyi kimi, iki gün əvvəl Kürdüstan Demokratik Partiyasının (KDP) tərəfdarları türklərin daha çox yaşadığı Kərkükdə bağlanan Kərkük-Ərbil yolunun açılması üçün nümayiş təşkil edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, gərginliyin artmasından sonra baş nazir Məhəmməd Şia əs-Sudani ilə görüşən Kərkük valisi Rakan Səid əl-Cuburi Birgə Əməliyyatlar Komandanlığı qüvvələrinin istifadə etdiyi binanın Kürdüstan Demokratik Partiyasına verilməsi qərarının təxirə salındığını açıqlayıb.
Məlumata görə, bundan sonra nümayişçilərin etirazları dayanıb, Kərkükdə nisbi sakitlik yaranıb: "Artıq Qərargahın qarşısında qurulan çadırlar nümayişçilər tərəfindən sökülüb".
Xatırladaq ki, İraq Kürd Regional Rəhbərliyinə (KRQ) bağlı peşmərgə qüvvələri 2014-cü ildə terror təşkilatı DEAŞ-ın ortaya çıxmasından sonra İraq ordusunun Kərkükdə boşaldılan bazalarına yerləşdirilməyə başlayıb və şəhərin faktiki nəzarətini ələ keçirib.
25 sentyabr 2017-ci ildə keçirilən qondarma “müstəqillik referendumu” və KRG-nin ilhaq cəhdindən sonra mərkəzi hökumətə bağlı qüvvələr 2017-ci il oktyabrın 16-da Kərkükə daxil olaraq şəhərdəki peşmərgə varlığına son qoyub. İraq ordusu KDP binasını boşaldıb və onu Kərkük Əməliyyat Komandanlığının qərargahına çevirib. KDP sözügedən binanın daha əvvəl onlar tərəfindən istifadə edildiyini və yenidən onlara verilməli olduğunu bildirir.
Baş nazir Məhəmməd Şia es-Sudaninin əmri ilə binanın boşaldılaraq, KDP-yə təhvil verilməsi üçün hazırlıqların görülməsi isə avqustun 25-dən bu yana etirazlara səbəb olub. Qərargah qarşısında keçirilən nümayişlərə Kərkükdəki sünni ərəb qəbilələri, türkmənlərdən olan müxtəlif qruplar və Kays əl-Hazalinin rəhbərlik etdiyi "Asayib Ehlilhak" Hərəkatının bəzi tərəfdarları dəstək veriblər.
Digər tərəfdən, kürdlərin sıx yaşadığı Rəhimava bölgəsində toplaşanlar nümayiş təşkil ediblər. Ordunun istifadə etdiyi binanın KDP-yə verilməsini tələb edən və buna qarşı çıxan etirazşıların zərərsizləşdirilməsini tələb edə KDP-li nümayişçilər ərəb və türkmənlərə atəş açıblar. Nəticıədə toqquşma başlayıb və hər iki tərəfdə ölən və yaralananlar olub.
Kərkük Polis İdarəsinin mətbuat katibi Əmir Nuri bildirib ki, hadisələr zamanı 3 nəfər ölüb, 9 ağır yaralanıb: "Xeyli dağıntılar da var".
Atşmadan sonra İraqın baş naziri Sudani də Kərkükdə insident başlatanlara qarşı əməliyyat əmri verib. Lakin indiyədək kiminsə saxlanması barədə xəbər yoxdur.
Samir MUSAYEV
MİA.AZ
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq