Çinin xəritə üzərində 5 ölkənin ərazisinə göz dikməsi etiraz doğurdu: "Bu, işğal planıdır" - Nə baş verir?
01-09-2023 [10:47]
Çin Təbii Sərvətlər Nazirliyinin avqustun 28-də açıqladığı xəritədə Hindistanın Cənubi Çin dənizindəki ərazisi ilə yanaşı, Malayziya, Vyetnam, Filippin və Bruneyin ərazilərinin Çinə aid olduğunu göstərməs bölgə dövlətlərini ayağa qaldırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, həmin ölkələrin Xarici İşlər Nazirlikləri bir-birinin ardınca bəyanat yayaraq Pekinin işğalçılıq niyyətində olduğunu bildirib və xəritənin də buna hazırlıq olduğunu iddia ediblər.
"The Star" xəbər agentliyinin məlumatına görə, Malayziyanın xarici işlər naziri Zambri Əbdül Kadir isə bildirib ki, artıq Pekinə nota yollayıblar: "Cənubi Çin dənizi və Malayziyanın Sabah və Saravak əyalətlərinin dəniz əraziləri ilə bağlı iddialarına görə Çinə etiraz notası göndərdik. pekin bu məsələyə izahat verməlidir".
"BBC İndoneziya"nın xəbərinə görə, İndoneziya Xarici İşlər Nazirliyinin sözçüsü Teuku Faizasyah da Pekinə etiraz etdiklərini açıqlayıb: "Biz Çinin müvafiq quurmları ilə təmasa keçdik. Məsələni Pekindəki səfirliyimiz vasitəsilə müzakirə edəcəyik. Bu xəritə qəbulolunmazdır".
CNN-in xəbərinə görə, Filippin Xarici İşlər Nazirliyi də sözügedən xəritəni “Çinin Filippinin dəniz əraziləri üzərində öz yurisdiksiyasını və suverenliyini qanuniləşdirmə səyi” olaraq xarakterizə edib və bu davranışı işğal planı dəyərləndiriblər.
Xəritəyə Vyetnamdan da sərt reaklsiya verilib. Xarici İşlər Nazirliyinin sözçüsü Pham Thu Hang verdiyi açıqlamaya görə, Çinin məlum xəritəsini rədd edirlər: "Parasel və Spratli adaları üzərindəki suverenliyimiz kimsə poza bilməz. Bizim bu kimi məsələlərdə sarsılmaz mövqeyimiz var".
Pham qeyd edib ki, xəritə Vyetnamın suverenliyinin pozulduğunu göstərir: "Çin bununizahatını verməlidir".
Hindistan da mübahisəli sərhəd bölgəsi Arunaçal Pradeş ərazisini "işğal edən" Çinə etiraz edib və dərhal həmin xəritənin yığışdırılmasını tələb edib..
Xatırladaq ki, Çin ilk dəfə 1947-ci ildə nəşr olunan "Doqquz xətt xətti" adlı xəritədə Cənubi Çin dənizinin 80 faizindən çoxuna iddiasənı ortaya qoyub.
Sualtı sərvətlərlə zəngin olan bölgəyə bu iddia isə Pekinlə qonşuları arasında olan gərginliyi zaman-zaman böyüdür.
Samir MUSAYEV
MİA.AZ
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq