Nyu Yorkda bir ilk: şəhərdə bu günlərdə azan səsi ucalacaq - Mer qərarı açıqladı

img

30-08-2023 [00:37]


ABŞ-ın Nyu-York şəhərinin meri Erik Adams yeni qərar imzalayıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qərara əsaəsn, bundan sonra Nyu Yorkda cümə namazı vaxtı və Ramazan ayı boyunca hər gün meqafondan uca səslə azan oxunacaq.

Bu barədə Nyu-York şəhərinin müsəlman icması ilə toplantı keçirən şəhər meri Erik Adams bildirib ki, belə bir qərarı imzaladığı üçün qürurludur:

"Nəhayət, biz bürokratiyanı aradan qaldırırıq. Bundan sonra şəhərdəki məscidlərdə azanların cümə günləri və Ramazanda iftar vaxtı çöldə meqafonla oxunacağının qürurunu yaşayacağıq. Daha bunlar üçün icazəyə ehtiyac yoxdur. Nyu Yorkda inancınızı həyata keçirməkdə azadsınız".

Lamiyə Əhmədli

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA