Qara dənizdə gərginlik - ABŞ pilotsuz təyyarəsi sərhədə yaxınlaşdı, Rusiya S-30-u havaya qaldırdı

img

28-08-2023 [00:07]


ABŞ-a məxsus PUA-nın Rusiya sərhədlərinə yaxınlaşması Qara dənizdə gərginlik yaranıb. 

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, ABŞ-a məxsus MQ-9A Reaper tipli pilotsuz uçuş aparatının Qara dəniz üzərində kəşfiyyat apararkən Rusiya sərhədlərinə yaxınlaşıb:

"Bundan sonra Rusiya Hərbi Hava Qüvvələrinə məxsus SU-30 döyüş təyyarəsi havaya qaldırılıb. Nəticədə Amerikaya məxsus PUA "U" dönüşü edərək geriyə dönüb. Rus döyüş təyyarəsi isə təhlükəsizliyi təmin etdiyindən hərbi hava bazasına geri dönüb. Bölgədəki vəziyyət nəzarətimiz altındadır".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA