Putinin bir-bir sıradan çıxarılan düşmənləri: onlar kimdir? - Araşdırma (FOTOLAR)
24-08-2023 [16:09]
Rusiyanın muzdlu “Vaqner” qruplaşmasının lideri Yevgeni Priqojinin içində olduğu deyilən təyyarənin dünən axşam saatlarında Moskva yaxınlığında qəzaya uğramasıə diqqəti bu tip "qəzalar"a yönəldib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, iki ay əvvəl Rusiya lideri Putinə qarşı üsyana başlayan Priqojinin ölümü sui-qəsd iddiasını gündəmə gətirib. Digər tərəfdən, Putinə müharibə elan edib ölən və ya ölümdən betər günə salınan nüfuizlu şəxslər gözlər önünə gəlib.
Navalnının vəziyyəti...
Xatırlayırsınızsa, bir vaxtlar Rusiyanı "çalxalayan" müxlif lider Aleksey Navalnı vardı. O, sözünəsl mənasında Putinn başağrısına çevrilmişdi.

Navalnı 2020-ci ilin avqustunda Sibirdə güclü əsəb pozucusu yaradan "Noviçok"la zəhərləndikdən sonra müalicə üçün Almaniyaya uçub.
Kreml insidentlə bağlı iddiaları rədd edib.Lakin Qərb ekspeertləri onun zəhərlənməsini iddia ediblər.
Navalni sağaldıqdan sonra 2021-ci ildə könüllü olaraq Rusiyaya qayıtdı və yenidən Putinə qarşı aksiyalara start verdi. Lakin geridönüşünün mürəkkəbi qurumamış o, həbs edilib. Hazırda siyasi motivli hökmlə dəmir barmaqlıqlar arxasında canıyla əlləşir.
Bu ay məhkəmə Navalnnın cəza müddətini daha 19 il uzadaraq, onu ölkədəki ən ağır həbsxana şəraitinə məhkum ediblər.
"Agent" və qızı harada zəhərlənib?
Dövlət sirlərini Britaniya kəşfiyyatına ötürən keçmiş rusiyalı ikili agent Sergey Skripal və qızı Yuliya 2018-ci ilin martında İngiltərənin Solsberi şəhərində ticarət mərkəzinin qarşısındakı skamyada huşsuz vəziyyətdə tapılıb. İkili ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və Britaniya rəsmiləri onların 1970-1980-ci illərdə sovet ordusu tərəfindən hazırlanmış "Noviçok"la zəhərləndiklərini bildiriblər. Hər ikisi sağ qalsa da, o vaxtdan qeyvə çəkiliblər. Rusioya isə ənənəvi olaraq bu şəxslərlə bağlı iddiaları da rədd edib.
Güllələnən jurnalist

Rusiyada insan haqları pozuntularını işıqlandıran jurnalist Anna Politkovskaya 2006-cı il oktyabrın 7-də Moskvada supermarketdən evə qayıtdarkən evinin qarşısında güllələnib. İki uşaq anası olan 48 yaşlı Politkovskayanın öldürülməsi Qərbdə böyük əks-səda doğurdu və Rusiyada işləyən müxbirlər üçün təhlükələri önə çəkdi.
Zəhərlənən daha bir müxlif...

Rusiyalı müxalifət fəalı Vladimir Kara-Murza 2015 və 2017-ci illərdə onu zəhərləmək cəhdlərinin olduğunu bəyan edib. İngilis mətbuatının məlumatına görə, Almaniyada bir laboratoriya Murzanın qanında zəhərin əlamətləri olan yüksək miqdarda civə, mis, manqan və sink aşkarlayıb.
Məşhur Litvinenko yatağa necə öldü?

Keçmiş KQB agenti və Putinin əsas rəqibi sayılan Aleksandr Litvinenko 2006-cı ildə 43 yaşında Londonun “Millenium” otelində nadir və güclü radioaktiv izotop sayılan "polonium-210" ilə qarışdırılmış yaşıl çay içdikdən sonra zəhərlənib. Lakin onun hıyatını xilas etmək mümkün olmayıb. Kreml bu hadisədə də əli olduğunu təkzib edib. Halbuki onun ölümündə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlaırnın görüntüləri üzə çıxarılmışdı....
İngiltərədə daha bir müəmmalı ölüm...

44 yaşlı Alexander Yurevich Perepiliçeni 2009-cu ildə Rusiyanı tərk etdikdən sonra 2012-ci ildə London yaxınlığında ölü tapılıb.
O, Londonun kənarındakı lüks evinin yaxınlığında ölüb. Aleksandr 2009-cu ildə Rusiyada çirkli pulların yuyulması sistemi ilə bağlı İsveçrə təhqiqatına yardım etdiyi üçün hədəfdə olub. Bundan sonra o, Böyük Britaniyaya sığınıb. O vaxtı onun qəfil ölümü də xeyli şübhəli informasiyaların yayılmasına səbəb olub. Britaniya polisinin istintaqı zamanı onun mədəsində sarı nadir və ölümcül zəhərin izləri aşkarlanıb.
Yuşşenoko işi...

Ukrayna müxalifətinin lideri və daha sonra prezidenti olan Viktor Yuşşenko 2004-cü ildə prezident seçkiləri kampaniyası zamanı zəhərlənib. Yuşşenko deyib ki, o, Ukrayna kəşfiyyat idarəsinin rəsmiləri ilə Kiyevdən kənarda nahar edərkən zəhərlənib. Rusiya bununla heç bir əlaqəsi olmadığını bildirib.
Onun bədənində normal mövcud olandan 1000 dəfə çox dioksin olduğu aşkar edilmişdir. Zəhərlənmədən onun üzü və bədəni eybəcərləşib və sonradan onlarla əməliyyat olunub. O, Ukrayna Ali Məhkəməsinin "narıncı inqilab" adlandırılan küçə etirazları zamanı Viktor Yanukoviçin qalib elan edilməsinin nəticələrini rədd etməsindən sonra təkrar seçkilərdə prezident seçilib.
Tahir Şəlvəli
MİA.AZ
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"
“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Türkiyə futbolunda "mərc oyunu": 146 məşqçi cəzalandırıldı - SİYAHI
Partiya sədri Akşeneri ziyarət etdi - Sabiq partiya liderinin fotosu müzakirəyə səbəb oldu (FOTO).
Türkiyədə benzin qiymətləri enir - Bu gecədən
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
Nadejda İsmayılova "Şöhrət" ordeni verildi - Sərəncam
Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklik oldu - Prezident təsdiqlədi (DETALLAR)
PREZİDENT İH SƏDRİNİ VƏZİFƏDƏN ÇIXARDI - Yeni təyinat + FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Tanınmış aktyor qaraciyər donoru axtarırır - Qardaşından açıqlama
Səlim Müslümovun dayısı qızının əri şirkətdən də uzaqlaşdırılıb
Joze Mourinyo "Beşiktaş"ın oyunçusunu istəyir
Nigar Səfxanova kollec direktoru təyin edildi
"Atena” qanunvericiliyi pozub
"Qalatasaray"ın uruqvaylı yarımmüdafiəçisi ayrılmaq istəyir: "Motivasiyasını itirib..."
Türkiyədə zəlzələ oldu - 4 bal
BALIQ OVU KVOTASI TƏSDİQLƏNDİ - Hökumətdən qərar + CƏDVƏL
Baş prokuror 5 rayondan olan vətəndaşları qəbul edib
Qaraçuxurda bina tikintisi və 500 min manatlıq dələduzluq - İş adamını kimlər aldadıb?
"Obyekt sahibləri daha artıq əmlak vergisi ödəsin" - Təmraz Tağıyev
"Ağakərimə deyin: əvvəllər stul olmayanda insanlar harada otururdu?" - Alim Qasımovdan cavab gecikmədi
Ölümsüzlük ideologiyası və yeni elitizm...
"Azərişıq"dan özbaşınalıq: "Jurnalistlərin binası"nda borcu olmayanların işıqları niyə kəsilib?
Rasim Balayevin səhhətində problem yaranıb
Bakıda narkokuryer 5 kq narkotiklə tutulub
İstanbulda məşhurlara qarşı əməliyyat: daha 5 nəfər saxlanıldı, aktrisanın evindən "patı" çıxdı
Agentlik “Baku Electronics”i qanunsuzluqda ittiham edir
"Niyaməddin Musayev gecə klublarında oxuyur və pul qazanır" - "Gecə klublarında daha bahalı kabinetlər var"
Azərbaycanın tanınmış xanəndəsi İranda saxlanıldı və... - "Pezeşkianla şəklimi göstərdikdən sonra məni buraxdılar" (Yenilənib)
Ən çox qazanan bankların - SİYAHISI
İmtahan olacaq
Bakıda sulu qar, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu