Həbs edilən polkovniklər hakim qarşısına çıxarılır 

img

23-08-2023 [16:36]


Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilən sabiq vəzifəli şəxsləri -Fikrət Mirzəyev, Mahir Şirvanov və Məlikməmməd Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Məlumata görə, təqsirləndirilən şəxslərin cinayət işləri ayrı-ayrılıqda icraata verilib.

İş Bakı Hərbi Məhkəməsində araşdırılacaq.

Qeyd edək ki, polkovniklər-Fikrət Mirzəyev nazirliyin Mənzil İstismar İdarəsinin , Mahir Şirvanov Satınalmalar və Təchizat İdarəsinin, Məlikməmməd Qurbanov isə Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi olub. Onlar 2022-ci ilin əvvəlində həbs ediliblər. Polkovniklərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb(Qafqazinfo).


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA