Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
12-08-2023 [00:23]
Qoç - iş, maliyyə məsələləri və karyera ilə bağlı qərarlar qəbul edərkən tələskənliyə yol verməyin. Sizi aldatmağa çalışacaqlar. Etibara layiq olmayan insanlara inanmayın. Maliyyə məsələləri ilə bağlı ixtilaflar yarana bilər. Belə anlarda hədsiz güzəştlərə getməyin. Mövqelərinizi müdafiə edin.
Günün ikinci yarısı romantik görüş, sevdiyiniz insanla ünsiyyət üçün əlverişli zamandır. Yaxın ətrafınızdakı insanlar sizinlə maraqlanırlar. Tanışlıqlar olacaq. Lakin münasibətlər istədiyiniz məcrada inkişaf etməyəcək.
Buğa - bütün diqqəti cari işlərə yönəldin. Xüsusi səylər göstərmədən uğur qazana bilərsiniz. Müttəfiq və tərəfdaşları diqqətlə seçin. Onlar sizi bəzi qayğı və problemlərdən xilas edəcəklər. İşgüzar görüşlər pis keçməyəcək. Səslənən təkliflərdən bəzilərini qəbul edərək maliyyə durumunuzu möhkəmlədə bilərsiniz.
Günün ikinci yarısında şəxsi münasibətlərdə mənfi təmayüllərin təsiri güclənəcək. Adi günlərdən fərqli olaraq qarşıdurma və münaqişə riski artır. Sevdiyiniz insanlarla mübahisə etməyin. Səhhətiniz pisləşə bilər. Ürək-damar sisteminizi qoruyun.
Əkizlər - gün mahiyyət etibarilə pis deyil. Xüsusilə mühüm saydığınız işlərdə uğura nail ola bilərsiniz. Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanlarla təmaslarda aktiv olun. Karyeranızla bağlı məsələləri müzakirə edin. Yaxın ətrafınızdakı insanlarla özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün qətiyyətli olun. Günün ikinci yarısında sevdiyiniz insana xoş emosiyalar bəxş edin. Axşam saatları ailəvi tədbirlər, qonaq qəbulu üçün pis deyil. Eksperimentlər aparmaq, yeni işə başlamaq olar. Məqsədə çatacaqsınız.
Xərçəng - günün ilk yarısında mühüm, vacib işlərə başlamayın. İşlər arzuolunmaz məcrada gedə bilər. Ruhdan düşməyin, çətinliklərə sinə gərin. Yanınızdakı insanlardan biri sizə dəstək verəcək. Qəfil hədiyyələr, xoş sürprizlər istisna deyil.
Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Əhvalınız pis deyil. Rasionunuza fikir verin, sağlam qidalanın. Pəhrizə başlaya bilərsiniz. Zərərli vərdişlərdən əl çəkmək asan olmasa da, buna nail olun.
Şir - yaxşı gündür. Yaşamın bir çox sahələrində müsbət təmayüllərin təsiri güclənir. İdeya və planlarınız pis deyil. Yaxın ətrafınızdakı insanlar başladığınız işin perspektivlərinə inanmasalar da, nailiyyətləriniz əhəmiyyətli olacaq. Müttəfiq və tərəfdaş axtarışlarına çox vaxt sərf etməyin. Ağır işlərin öhdəsindən özünüz də gələ bilərsiniz.
Günün ikinci yarısında gəlirlər olacaq. Sevdiyiniz insanla tam anlaşmaya nail olmağa can atın. Önəmli qərar qəbul etmək fikriniz varsa, qətiyyətli olun.
Qız - önəmli hadisələrin yaşanmayacağı vaxtdır. Amma mahiyyət etibarilə pis gün deyil. Peşəkar fəaliyyət müstəvisində uğurlar əldə edəcəksiniz. İndiyədək münasibətlərinizin gərgin olduğu həmkarlarınızla dil tapa bilərsiniz. Dəyər verdiyiniz insanlardan xəbər, mühüm məlumat alacaqsınız.
Günün ikinci yarısı ailə və məişət qayğılarının çözülməsi, yaşam arealında qayda yaradılması üçün əlverişlidir. Yaxınlarınızla münasibətlərizi nizamlayın. Ailə üzvləriniz ideya və planlarınızı dəstəkləyəcəklər. Maliyyə fonu stabildir. Gəlirlər az olsa da, xərclər çox deyil.
Tərəzi - yeni işlərə başlamaq üçün əlverişli zamandır. Məsuliyyət tələb edən, mühüm işlərə başlaya bilərsiniz. Yaşamınızda müsbət dəyişikliklərə nail olmaq istəyirsinizsə, iradəli və aktiv olun. İri sövdələşmələr, yeni fəaliyyət sahəsində çalışmaq üçün münasib vaxtdır. Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artacaq. Maraqlı tanışlıq olacaq. Axşam saatlarında əylənə bilərsiniz.
Əqrəb - uğurlu və yaxşı gündür. Yaşamın bütün sahələrində müsbət təmayüllərin təsiri hiss olunur. Başladığınız işləri təxirə salmayın, bitirin. Yaradıcılıq uğurları istisna deyil. İndiyədək çoxlarının duymadıqları və bilmədikləri bacarıqlarınızı başqaları da görəcəklər. İşgüzar danışıqlar və görüşlər üçün münasib zamandır.
Günün ikinci yarısında sizə pozitiv emosiyalar verəcək tanışlıq istsina deyil. Müsbət dəyişikliklər başlanacaq. Sevdiyiniz insanla münasibətlərdə harmoniyaya mane olan, çoxdan bəri çözmək istədiyiniz probelmi aradan qaldırın.
Oxatan - bir sıra məsələlərin həlli üçün əlverişli gündür. Peşəkar fəaliyyət müstəvisindəki irəliləyişlər sizi sevindirəcək. Rəqiblər passivləşiblər. Çoxdan arzuladığınız fəaliyyət azadlığını, sərbəstlik və asudəliyi əldə edəcəksiniz. Karyerada irəliləyə bilərsiniz. Mövqelərinizi möhkəmləndirməyə, daha səbatlı olmağa çalışın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artır. Axşam saatları yaxşı keçəcək. Ailə üzvləri və yaxınlarınıza pozitiv emosiyalar bəxş etməyə çalışın. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.
Oğlaq - fəaliyyət üçün pis gün deyil. Diqqətli, səbrli, ciddi olun. Detallara və xırdalıqlara fikir verin. Yaxın ətrafınızdakı insanlar sizə qarşı çox tələbkardır. Yaranmış situasiya ilə bağlı əsəblər tarıma çəkilir. Münaqişə ehtimalı böyükdür. Maliyyə itkiləri ola bilər. Alış-verişdə çox pul xərcləməyin.
Günün ikinci yarısında tamamilə mənasız bir məqam və ya iş yaxınlarınızla münasibətlərinizi korlaya bilər. Emosiyalarınıza nəzarət edin. Əhvalınız yaxşı deyil. Xroniki ağrılar kəskinləşə bilər.
Dolça - səbrli, təmkinli olun. Hədəfə çatmaq üçün səhvləri sıralamayın. Daha təcrübəli dostlar və yoldaşların məsləhətlərinə qulaq asın. İndiyədək əldə etdiyniz biliklərlə məlumatlar yetərli olmaya bilər. Alış-verişdə çox pul xərcləməyin.
Günün ikinci yarısında emosiyalar tarıma çəkiləcək, qıcıq yaradan hadisələr yaşanacaq. Hansısa olay ürəyinizcə olmaya bilər, mütləq şəkildə problemlər yaranacaq. Ailədə münasibətləri rəvan edin. Münaqişələrə yol verməyin. Axşam saatlarında çox sinirlənə bilərsiniz. Əhvalınızın pisləşməsi istisna deyil.
Balıqlar - uğurlu gündür. Qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Məhsuldar fəaliyyət üçün izafi səylərə ehtiyac yoxdur. Önəmli işgüzar danışıqlar aparmaq olar. Rəqiblərinizi və opponentlərinizi asanlıqla üstələyə bilərsiniz.
Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artacaq. Sevdiyiniz insanla təmaslarda qayğıkeş olun. Yeni tanışlıqlar, xoş görüşlər istisna deyil. Əməlləriniz və qərarlarınız yanlış olmamalıdır. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.
Milli.Az
İki qonşu ölkə gecə boyu atışdı: ölənlər var - Bəyanat
Baş məşqçisi: "Nəticəyə görə çox kədərliyik"
Fatih Tekke: "Oyundan oyuna uğur qazanırıq"
"Arsenal" 3 xalı 4 qolla qazandı
Tramp: "Biz oraya bir xəstəxana gəmisi göndəririk"
Çingiz Abdullayev və Ramiz Mehdyev romanı…
"Liverpul" son saniyədə qalib gəldi
Kartel lideri öldürüldü, ölkə qarışdı - Amerikalı turistlər hava limanında girov götürüldü (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azərişıq” heç bir borcu olmayan “Veysəloğlu” şirkətlərinin ofislərini işıqsız qoydu (Yenilənib)
Ramazanın 5-ci günün duası: imsak və iftar vaxtı
Bəzi rayonlara yağış və qar yağacaq - Xəbərdarlıq
Deputat da dilə gəldi... - Erkinlə Fərmanın gizli planı!
Prezident İlham Əliyev Səudiyyə Kralına məktub ünvanlayıb - MƏTN
Şamaxıda zəlzələ olub
Ər əvvəl arvadını öldürüb, daha sonra isə...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FHN-in şöbə müdiri haqda şok iddialar yayıldı - Blogeri hədələyən məmur kimdir? + FOTO
AGENTLİK SƏDRİ HƏBS EDİLDİ - Nə baş verir?
Azərbaycanlı məktəblilər beynəlxalq proqramlaşdırma müsabiqəsində 6 medal əldə ediblər
Ana dilimiz: ən gözəl arzu... - Əli Cabbarov yazır
Adnan Əhmədzadənin biznesini alan Yusif Məmmədov: "Gizlətmirəm, Əhmədzadə ilə bağlı hadisələr, şübhəsiz ki..."
Rusiya Xarkova zərbələr endirib, ölən və yaralananlar var
Bazar günü Azərbaycanda arabir yağış yağacaq - PROQNOZ
Prezident İlham Əliyev sərəncam imzalayıb
Ötən gün Azərbaycanda 20 silah aşkarlanıb
Türkiyədə 4,5 maqnitudalı zəlzələ baş verib
Yevlax stadionu futbol azarkeşlərinin ortaq görüş nöqtəsi olacaq - "Karvan Yevlax”ın icraçı direktorundan maraqlı açıqlamalar
Ramazanın üçüncü günü: dua, imsak və iftar vaxtı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Muğlada 44 qanunsuz miqrant xilas edlib
“Konstitutsion hüquqlar və beynəlxalq hüquq çərçivəsində ictimai vəkillik” adlı layihə icra olundu
Tramp savaş anonsu verdi: "İrana lokal zərbə endirməyi düşünürəm"
Almaniya kansleri: "Yeni dünya nizamı sürətlə formalaşır" - "Bu yeni dünya sərt və bəli, təhlükəlidir"
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
"Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər" - SƏFİRLİK BƏYANAT YAYDI
PREZİDENTDƏN MÜHİM İSLAHAT FƏRMANI: bu qurumlar birləşir, yeniləri yaradılır - DETALLAR
Prezident onlara yeni vəzifə verdi - SƏRƏNCAM
Şəhid Nofəl Əsgərov dəfn olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Oqtay Qasımovun məqsədi məni dələduz göstərməkdir" - Həbs olunan partiya sədri hakim qarşısına çıxarıldı
Müğənni Fərəh Samirəqızı saxlanılıb
Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı və satışı... - Yeni qanun
"Vilyarreal" Marko Asensionu heyətinə qatmaq istəyir
Milli Məclisin növbəti plenar iclasınin vaxtı açıqlandı
"Brayton" və "Bayern Münhen" Said El Malanı transfer etmək istəyir