Pekində güclü yağış selə səbəb oldu: 33 ölü, 18 itkin var - 59 min ev tamam dağılıb

img

09-08-2023 [14:26]


Çinin paytaxtı Pekində ötən gecə yağan güclü yağış selə səbəb olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, daha sonra güclü fırtına və leysan yağışdan sonra baş verən sel həyatı iflic edib.

Çin mediasının məlumatına görə, 33 nəfər ölüb, 18 nəfər itkin var: "Ölən və itkin düşənlərin sayının artma ehtimalı yüksəkdir".

Məlumata görə, seldənn 1 milyon 290 min insan zərər çəkib: "59 min ev tamamilə dağılıb,  147 min evə isə ciddi zərər dəyib".

Lamiyə ƏHMƏDLİ

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA