İqtidarı ələ keçirən hərbçilər qonşu dövlətləri müharibə ilə hədələdi: "Qəfil hücum edəcəyik" - Girovluqda olan prezident isə "Vaqner"ə diqqəti çəkdi
04-08-2023 [14:27]
Nigerdə çevrilişlə hakimiyyətə sahiblənən hərbçilər Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin tələbinə təhdidlə cavab verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, iyulun 26-da Nigerdə çevriliş edən hərbi xunta Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) "dərhal prezident Məhəmməd Bazumu buraxın və vəzifəsinin başıına dönməsini təmin edin. Əks halda hərbi müdaxilə imkanları belə nəzərdən keçiriləcək. Bunun üçün sizə bir həftə vaxt verilir", - ultimatumuna sərt reaksiya göstərib.
Məlumata görə, iqtidarı ələ keçirən və “Vətənin Müdafiəsi üzrə Milli Şura” (CNSP) adlı qurum yaradan xuntanın sözçüsü Amadou Abdramane dövlət televiziyasında yeni bəyanat oxuyub.
O bildirib ki, Nigerin Paris, Abuca, Lome və Vaşinqtonun ölkədəki səfirlərini qovublar: "Hər kəs xarici ölkələrin casuslarına və gizli ordul mənsublaırna qarşı diqqətli olmalı, şübhəli gördükləri adamlar barədə dərhal səlahiyyətlilərə məlumat verməlidir. Hamı bilməlidir ki, yeni hökumət Fransa ilə bütün hərbi əməkdaşlıq və imzalanmış protokollar dayandırıb. Eyni zamanda, xalqımızın diqqətinə çatdırırıq ki, ECOWAS-a daxil olan ölkələr bizi təhdid edib. Əgər ECOWAS ölkələri Nigerə hərbi müdaxilə edərsə, dostlarımız Qvineya, Mali, Burkina Faso istisna olmaqla, qalan başqa üzv dövlətlərdən birinə qəfil hücuma keçəcəyik”.
Xatırladaq ki, ECOWAS iyulun 30-da keçirdiyi fövqəladə zirvə toplantısında hərbi xuntaya prezident Məhəmməd Bazumu azad edib vəzifəsinə qayıtması üçün bir həftə vaxt verib. Lakin təşkilatın üzv dövlətlərindən Burkina Faso və Mali hərbi müdaxilənin müharibə anlamı daşıdığını qeyd edərək, buna getməyəcəklərini bildirib. Qvineya dövləti isə çevriliş edən hərbçilərə birbaşa dəstək bəyanatı verib.
Seneqal, Fil Dişi Sahili, Benin və Nigeriya isə ECOWAS-ın hərbi müdaxiləsini dəstəkləyəcəklərini açıqlayıblar.
Bu arada girovluqda olan Niger prezidenti Məhəmməd Bazum beynəlxalq ictimaiyyətdən və ABŞ-dan kömək istəyib və çevrilişin dünya üçün dağıdıcı nəticələri olacağını qeyd edib.
Prezident Bazum “Vaşinqton Post” qəzetinə “Ölkəm hücuma məruz qalıb və mən əsir düşmüşəm” başlıqlı məqalə yazıb. Bazum çevrilişçilərin “Nigerin terrorla mübarizədə uğursuzluğa düçar olması və ABŞ və onun Avropalı müttəfiqlərinin ölkəyə zərər vurması” iddiasını rədd edib.
O, xunta rejiminin "Vaqner" kimi cinayətkar qruplarla işlədiyini deyib və əlavə edib ki, Mərkəzi Sahel bölgəsi "Vaqner"in açıq dəvəti ilə Rusiyanın təsiri altına düşə bilər: "Buna görə, ABŞ gecikmədən buxunta rejiminə güc tətbiq etməlidir".
Tahir Şəlvəli
MİA.AZ
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq