Prezident qvardiyası qiyama qalxdı, ölkə rəhbəri girov götürüldü - Niger qan çanağına dönür
26-07-2023 [17:31]
Nigerdə Prezident Qvardiyası qiyamaq qalxaraq demokratik yolla seçilmiş ilk prezident Mohamed Bazoum girov götürüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hazırda preziidentin tərəfdarları qiyamı yatırmaq üçün hərəkət edirlər.
Məlumata görə, Nigerin paytaxtı Niameydə Prezident Sarayına gedən yollar bağlanıb.
Niger Prezident Administrasiyası baş verənləri qiyam adlandırıb və qarşı tərəfi silahı yerə qoyaraq təslim olmağa çağırıb.
Bildirilib ki, Niger Prezident Qvardiyasını silahı yerə qoymazsa, ordu və ölkə sərhədçiləri lazımı əməliyyata başlamalı olacaq: "Onlar ağıllarını başına alaraq, Prezidenti azad etməli, silahı yerə qoymalıdırlar".
PA-dan verilən açıqlamaya görə, qvradiyaya 10 ildir rəhbərlik edən general Ömər Çianini qiyama qalxmazdan əvvəl ordu və digər güc qurumları ilə danışıqlar apararaq birgə addımlamağa çalışıb: "Lakin onun cəhdi faydasız olub. Ölkənin silahlı qüvvələri dövlətin və onun qanuni seçilmiş prezidentinin ətrafındadır".
PA-nın xəbərində bildirilib ki, Bazoum və ailəsi sağ-salamatdır.
Məlumatda o da deyilir ki, Prezident Bazoum hələ əvvəlki prezident Mahamadou İssoufou dövründə qvradiyaya rəhbərlik edən Çianini vəzifəsindən azad etmək istəyib. Və hər şey də elə buradan başlayıb...
Xatırladaq ki, 1960-cı ildə Fransa müstəmləkəsindən qurtulan Niger müstəqillik qazanıb. Həmin vaxtdan ölkədə 4 dəfə çevriliş olub, saysız-hesabsız çevriliş cəhdi olub. Ölkədə ən son çevriliş 2010-cu ildə Mamadu Tandjanın devrilməsi ilə başa çatıb.
Mohamed Bazoum isə 2021-ci ilin fevralında ölkə tarixində ilk dəfə seçki ilə bu posta gəlib.
Bazoum and içməzdən əvvəl 2021-ci il martın 31-də dövlət çevrilişinə cəhd olsa da, bu, cəhd qısa müddətdə yatırıldı. Türkiyədə səfərdə olan Bazoum 2022-ci ilin martında dövlət çevrilişinə cəhdə görə dərhal ölkəsinə dönərək vəziyyəti nəzarətə ala bilib.
Lamiyə Əhmədli
MİA.AZ
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq