İsrail küçələri yenidən "alovlandı" - Sabiq baş nazir "Vətəndaş müharibəsinə doğru gedirik" dedi, Netanyahu isə... - FOTOLAR
25-07-2023 [12:40]
İsraildə baş nazir Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətinin məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran yeni qanunu parlamentdə təsdiqlətməsndən sonra etirazlaırn şiddəti artıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail parlamenti Baş nazir Netanyahu hökumətinin ali məhkəmənin icra hakimiyyəti üzərində nəzarətini ləğv edəcək mübahisəli qanun layihəsini 64 səslə təsdiqləyib. Səsvermədə isə müxalifəti təmsil edən bir deputat belə iştirak etməyib.
Bundan sonra yenidən küçələrə axışan yəhudilərlə yerlərdə toqquşmalar şiddətlənib. Etirazçılar paytaxta gedən yolları bağlayıb. Bir nəfər iqtidar tərəfdarı isə maşını nümayişçilərin üzərinə sürüb, ölən və yaralananlar var.
Parlamentdə qəbul edilən qanun layihəsini "seçilmiş hökumətin idarə edə bilməsini təmin etmək və dövlət orqanları arasında tarazlığı bərpa etmək üçün zəruri olduğunu" müdafiə edən Baş nazir Netanyahu bildirib ki, seçicilərin iradəsini reallaşdırmaq, əlbəttə ki, demokratiyanın sonu deyil: "Demokratiyanın mahiyyəti budur. Gərginliyə baxmayaraq, danışıqlarımızı davam etdirəcəyik və konsensus axtaracağıq. Biz parlamentdə səsvermədə belə, son ana qədər razılığa gəlməyə çalışdıq".
İsrailin baş naziri məhkəmə tənzimləməsi çərçivəsində digər qanun layihələri ilə bağlı noyabr ayının sonuna qədər “bütün məsələlərdə geniş konsensusa nail olmaq” istədiklərini və bu məqsədlə qarşıdakı günlərdə müxalifətlə dialoq qurmağa çalışacaqlarını bildirib.
Ölkəsindəki siyasi böhranla bağlı "İsrailin düşmənlərinə" müraciət edən Netanyahu "Daxili toqquşmaları yanlış şərh edənlər var. Sevimli dövlətimizə qarşı hər hansı təhlükəyə qarşı çiyin-çiyinə dayanacağıq", - deyə bəyan edib.
Etirazlara dəstək verən İsrailin keçmiş baş naziri Ehut Olmert isə vəziyyəti təhlükəli sayıb: "Bu, hər zamankından daha ciddi təhlükədir. Biz vətəndaş müharibəsinə doğru gedirik".
Sabiq baş nazir bildirib ki, ölkədə sabitliyin təməli ciddi şəkildə sarsılıb: “Hökumət İsrail demokratiyasının əsaslarını təhlükə altına atıb. Biz buna dözə bilmərik".
Samir MUSAYEV
MİA.AZ
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq