Elza Seyidcahan Rəssamlar İttifaqına da üzv olur: "Sağ olsun, çox doğru deyir"

img

18-07-2023 [10:04]


Əməkdar artist, müğənni-bəstəkar Elza Seyidcahan Azərbaycan Rəssamlar İttifaqının üzvü olması ilə bağlı təklifə cavab verib.

Elza Seyidcahan Qaynarinfo-ya açıqlamasında Rəssamlar İttifaqına üzv olması təklifini müsbət qarşıladığını bildirib: "Sağ olsun, çox doğru deyir. Təklifə qəti etiraz etmirəm”.

Qeyd edək ki, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin təmsilçisi, şair Nəvai Metin təklif edib ki, Elza Seyidcahanın Rəssamlar İttifaqına üzv olsun. Rəssam Elza Seyidcahanın başındakı bütün tasarımlarda, geyindiyi paltarlarda rəssamlıq sənətinin göründüyün deyib.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA