Avropa İttifaqı Ukraynaya hərbi təlimçilər göndərəcək

img

13-07-2023 [11:59]


Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi təlimçilər göndərəcək.

“El Pais” nəşri xəbər verir ki, təşkilat Ukraynaya dəstək siyasətində ciddi sıçrayış etməyi planlaşdırır.

Məlumata görə, Aİ, həmçinin Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə kömək etmək və qabaqcıl silahların alınması üçün maliyyəni artırmaq istəyir: “Həmçinin, raket və döyüş təyyarələrinin Ukraynaya tədarükü də planlaşdırılır”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA