Bir də görürsən ki, açılan solur... - Ənvər Çingizoğlu
11-07-2023 [14:46]
El adamı, ruh adamı, Vətən adamı idi Ənvər Çingizoğlu. Birdən-birəcə ürəyini tutub getdi. Ötən il - 10 iyul 2022-ci il tarixində, 60 yaşında həyata əlvida söylədi. Yüzlərlə yarımçıq tədqiqatları, yarımçıq taleləri, qiymətli düşüncələri, ədıbiyyatda qalacaq kitabları, maraqlı söz-söhbətlərini də aparıb getdi...
Birdən-birəmi?!..
Deyirlər ki, Qələbə xəbərindən sonra torpaqlarımızın - Ana Vətəninin alınması xəbərinin sevincindən necə təsirlənmişdisə..., ağır infarkdan bir müddət xəstəxanada da yatmışdı.
Bundan sonra ayağa qalxdı da.
Amma bu çox uzun cəkmədi...
Bir də görürsən ki, açılan solur...
Düşünən bir beyin bir torpaq olur.
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya...
Bu gün Azərbaycan sevdalısı, Azərbaycanın tanınmış yazıçısı, publisist, geneoloq, Avrasiya Yazıçılar və Azərbaycan Jurnalistlər birliklərinin, Azərbaycan Tarixi Şəcərə cəmiyyətinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Əməkdar Mədəniyyət işçisi Ənvər Çingizoğlunu xatırladıq.
Ruhu şad olsun.
Onu yazılarından tanımışam.
Cənubla şimalı birləşdirən körpü idi. Uzun tarixi şəcərələri, tayfa və nəsilləri, bütöv Azərbaycan tarixinin cənub bölməsini dərindən bilən dərin zəka sahibi idi. Bu sahə sanki onun üçündü, boyuna biçilmişdi.
Dəyərli ziyalımız Ənvər Çingizoğlu 10 may 1962-ci ildə Cəbrayıl rayonunun Xudayarlı kəndində anadan olub. Əslən Füzuli rayonunun Araz Yağlıvənd kəndindəndir. 8-ci sinifə qədər Cəbrayıl rayonu Stansiya Xələfli kənd məktəbində (1969–1977), sonra Bakı şəhəri, Nərimanov rayonu 2 saylı Dəmir Yolu Litseyində Azərbaycan bölməsində təhsil alıb.
Rusiyanın Xabarovsk şəhərində hərbi xidmətdə olub.
Ənvər Çingizoğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyub. 1991-ci ildən 1993-cü ilə qədər Füzuli rayonunda "Araz" qəzetində ədəbi işçi kimi çalışıb.
1994-cü ildən 2014-cü ilin mart ayınadək Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin redaktoru, böyük redaktoru, şöbə müdiri vəzifələrində çalışıb. 2014-cü ilin mart ayından Azərbaycantelefilmin Baş redaktor müavini idi. O, həm də "Soy" dərgisinin baş redaktoru olmuşdur.
Ənvər Çingizoğlu folklor, etnoqrafiya, geneologiya sahələrində araşdırmalar aparırdı.
Ənvər Çingizoğlu Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya tarixi və İran tarixinə dair 100-dən çox monoqrafiya, kitab, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə, dövri mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir.
Ənvər Çingizoğlunun tarixçi mövqeyi onun ssenari müəllifi olduğu tarixi-sənədli filmlərdə də əks olunmuşdur. Onun yazdığı ssenarilər əsasında "Avşarlar", Xurşidbanu Natəvan, Nəvvab, "Kəminə" adlı televiziya filmləri çəkilib.
Ənvər Çingizoğlu mütəmadi olaraq Azərbaycanda və onun hüdudlarından kənarda keçirilən nufuzlu beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır və bir sıra beynəlxalq elmi məclislərdə məruzələr etmişdir.
Ənvər Çingizoğlu jurnalistika ilə yanaşı, məhsuldar elmi fəaliyyətlə məşğul olan alimlərdəndir. İndiyə qədər onun müxtəlif konfrans, simpozium və elmi məclislərdə, dərgilər, məcmuələr və qəzet səhifələrində 300-ə qədər müxtəlif məzmunlu məqalələri işıq üzü görmüşdür.
Ənvər Çingizoğlunun elmi prioritetlərində türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, folkloru, tarixşünaslığın aktual problemləri,mənbəşünaslıq və s. istiqamətlər uğurla işlənməkdədir. Monoqrafiya və məqalələri bir qayda olaraq polemikliyi və fərdi baxış müstəvisi ilə seçilir.
Ənvər Çingizoğlu regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşri istiqamətində 30 ilə yaxındır ki, zəhmət sərf edirdi. Onun son dövrlərdə Azərbaycan, İran və Türkiyədə yaşayan Avşar elinin etnqorafiyası, etnik-milli düşüncə tərzi və şifahi yaradıcılığı ilə bağlı araşdırmaları türk ellərinin mənəvi mədəniyyətini öyrənmək baxımından çox maraqlıdır. Müxtəlif illərdə yazdığı dərslik, dərs vəsaitləri, monoqrafiyaları, folklor-etnoqrafik araşdırmaları oxucular və mütəxəssislər tərəfindən yüksək dəyərləndirilir.
Ənvər Çingizoğlunun elmi-tədqiqat fəaliyyətini başlıca olaraq iki istiqamətdə aparmışdır.
Azərbaycan xalqının soy-kökünün araşdırılması; Azərbaycan xanlıqları tarixinin tədqiqi.
Ənvər Çingizoğlu 2012-ci ildə "Qızıl qələm" mükafatına, 2017-ci ildə dövri mətbuatda uzun müddətli səmərəli fəaliyyətinə, aktual mövzularda yazdığı məqalələrə və qazandığı nailiyyətlərə görə ilin "Jurnalist-etnoqrafı" diplоmuna, 2019-cu ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
MİA.AZ
İki qonşu ölkə gecə boyu atışdı: ölənlər var - Bəyanat
Baş məşqçisi: "Nəticəyə görə çox kədərliyik"
Fatih Tekke: "Oyundan oyuna uğur qazanırıq"
"Arsenal" 3 xalı 4 qolla qazandı
Tramp: "Biz oraya bir xəstəxana gəmisi göndəririk"
Çingiz Abdullayev və Ramiz Mehdyev romanı…
"Liverpul" son saniyədə qalib gəldi
Kartel lideri öldürüldü, ölkə qarışdı - Amerikalı turistlər hava limanında girov götürüldü (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azərişıq” heç bir borcu olmayan “Veysəloğlu” şirkətlərinin ofislərini işıqsız qoydu (Yenilənib)
Ramazanın 5-ci günün duası: imsak və iftar vaxtı
Bəzi rayonlara yağış və qar yağacaq - Xəbərdarlıq
Deputat da dilə gəldi... - Erkinlə Fərmanın gizli planı!
Prezident İlham Əliyev Səudiyyə Kralına məktub ünvanlayıb - MƏTN
Şamaxıda zəlzələ olub
Ər əvvəl arvadını öldürüb, daha sonra isə...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FHN-in şöbə müdiri haqda şok iddialar yayıldı - Blogeri hədələyən məmur kimdir? + FOTO
AGENTLİK SƏDRİ HƏBS EDİLDİ - Nə baş verir?
Azərbaycanlı məktəblilər beynəlxalq proqramlaşdırma müsabiqəsində 6 medal əldə ediblər
Ana dilimiz: ən gözəl arzu... - Əli Cabbarov yazır
Adnan Əhmədzadənin biznesini alan Yusif Məmmədov: "Gizlətmirəm, Əhmədzadə ilə bağlı hadisələr, şübhəsiz ki..."
Rusiya Xarkova zərbələr endirib, ölən və yaralananlar var
Bazar günü Azərbaycanda arabir yağış yağacaq - PROQNOZ
Prezident İlham Əliyev sərəncam imzalayıb
Ötən gün Azərbaycanda 20 silah aşkarlanıb
Türkiyədə 4,5 maqnitudalı zəlzələ baş verib
Yevlax stadionu futbol azarkeşlərinin ortaq görüş nöqtəsi olacaq - "Karvan Yevlax”ın icraçı direktorundan maraqlı açıqlamalar
Ramazanın üçüncü günü: dua, imsak və iftar vaxtı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Muğlada 44 qanunsuz miqrant xilas edlib
“Konstitutsion hüquqlar və beynəlxalq hüquq çərçivəsində ictimai vəkillik” adlı layihə icra olundu
Tramp savaş anonsu verdi: "İrana lokal zərbə endirməyi düşünürəm"
Almaniya kansleri: "Yeni dünya nizamı sürətlə formalaşır" - "Bu yeni dünya sərt və bəli, təhlükəlidir"
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
"Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər" - SƏFİRLİK BƏYANAT YAYDI
PREZİDENTDƏN MÜHİM İSLAHAT FƏRMANI: bu qurumlar birləşir, yeniləri yaradılır - DETALLAR
Prezident onlara yeni vəzifə verdi - SƏRƏNCAM
Şəhid Nofəl Əsgərov dəfn olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Oqtay Qasımovun məqsədi məni dələduz göstərməkdir" - Həbs olunan partiya sədri hakim qarşısına çıxarıldı
Müğənni Fərəh Samirəqızı saxlanılıb
Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı və satışı... - Yeni qanun
"Vilyarreal" Marko Asensionu heyətinə qatmaq istəyir
Milli Məclisin növbəti plenar iclasınin vaxtı açıqlandı
"Brayton" və "Bayern Münhen" Said El Malanı transfer etmək istəyir