"Şair dedi: qadın nədir ki, o mənim namusum olsun..."
10-07-2023 [00:25]
Nadir QOCABƏYLİ
***
Ailənin ağır yükünü çəkmək istəməyən insanların zəmanəsi gəlib...
Artıq kişilər arvad-uşağına nəzarət, diqqət etməyə ərinir. Çünki başları daha çox öz məşğuliyyətlərinə, ehtiraslarına, əyləncələrinə qarışıb.
Hətta İnternet, Feysbuk, Tik-Tok, İnstaqram, Vatsap zəmanəsi olduğunu da unudublar. Tez-tez kiminsə namusunu təmizləmək üçün arvadını bıçaqladığını eşidir, buna üzülür, qınayır, söyür, günahın kimdə olduğunu axtarırıq.
Srağa gün qeyri-adi bir video yayıldı. Hövsanda bir qadın binanın həyətində əlindəki sərt alətlə ərinin maşınını xıncım-xıncım elədi. Ər də buna mane olmadı. Yalnız polisin müdaxiləsindən sonra qadını zavallı maşından ayıra biliblər.
Səbəb ərinin başqa qadınla hansısa münasibətdə olmasıdır...
Ümumiyyətlə son zamanlar qısqanclıq zəminində baş verən dava-dalaşların, konfliktlərin, boşanmaların, nəhayət, qətllərin sayı xeyli artıb. Əlimdə bu haqda statistik məlumat olmasa da, deyə bilərəm ki, bu cür münaqişələr əvvəlki dövrlərə nisbətdə hətta sıçrayış edib.
Düşünürəm ki, əsas səbəb informasiya məkanının genişlənməsi, ölkəmizin dünyaya açılması, başqa ölkələrdə, xüsusilə də, Avropa və Amerikada, Türkiyədə gedən ictimai proseslərə inteqrasiya olması, fundomental bilikləri, intellekt səviyyəsi yüksək olmayan insanımızın bu dalğaya qəfil yaxalanmasıdır.
Məsələ burasındadır ki, insanların əksəriyyəti dünyada baş verənlərin yalnız zahiri qismini görür və yamsılamağa başlayır. Gəlişi gözəl sözlərə və şüarlara aldanır, mühiti, şəraiti, ənənələri, mentaliteti nəzərə almır və buna görə də, ağır nəticələrlə üzləşir.
Gəlin özümüzə bir sual verək: biz ailə ünstitutunu qoruyub-saxlamaq istəyirik, yoxsa artıq ona ehtiyac yoxdur? Əlbəttə, çoxunuz deyəcəksiniz ki, bu, nə sözdür, ailə müqəddəsdir-filan. Amma Avropada da belə deyirlər, fəqət orada ailə artıq formal xarakter daşıyır. Yəni insanlar kağız üzərində ailə qurur, hətta müqavilə bağlayıb, sədaqət andı içsələr də, tezliklə ayrılır, hərəsi 4-5 dəfə evlənir, evli olduqları müddətdə əksər məsələlərdə sərbəst davranırlar. Məsələn, kişi yay tətilində dincəlmək üçün İspaniyaya, qadın Türkiyəyə gedir. Oralarda istədiklərini sərbəst şəkildə edir, hətta müvəqqəti sevgililər, partnyorlar tapır, sonra evə qayıdıb heç nə olmamış kimi davranaraq, xoşbəxt ailə həyatına davam edirlər.
Əsgərlikdə moskvalı bir dostum mənə tez-tez Nataşa adlı nişanlısı haqda danışır, şəklini göstərirdi. Sonra o məktəbdə aşpaz köməkçisi işləyən Valya adlı bir qızla gecələr görüşməyə başladı. Soruşdum ki, Vitya, bəs Nataşa? Cavab verdi ki, oğlum, Nataşa Moskvada, mən burda. Dedim, əminsən ki, Nataşa səni gözləyir, Moskvada heç kəslə görüşmür? Dedi, yox, mən bunu ondan heç tələb də etmirəm. Mənim ürəyim burada qadın istədiyi kimi, onunku da orada kişi istəyir və yəqin ki, onlarla yatır. Əsas odur ki, mən evə qayıtdıqdan sonra biz evlənəcəyik və bir yerdə olacağıq.
Mən o zaman Viktoru başa düşmədim, heç indi də anlamıram. Necə yəni mən burda, o da orda kefimiz istəyəni edirik və görüşəndə evlənib xoşbəxt olacağıq? Bu necə insanlıqdır? Əgər bu insanlar başqaları ilə çox asanlıqla intim, cinsi əlaqəyə girə bilir, sevişirsə, o zaman onları bir-birinə bağlayan nədir? Niyə mütləq yenidən görüşməlidirlər? Bir-birinə hansısa sözü verdiklərinə görəmi? Məgər sədaqət andı, əhd-peyman yalnız bunumu nəzərdə tutur?
Məncə, belə olmamalıdır. İnsanlar bir-birini sevirsə, əhd-peyman bağlayıblarsa, onun şərtləri və bəndləri çox geniş olmalı, hər şeyi nəzərdə tutmalıdır.
Bizdəki kimi, bir-birini aldatmaq da olmaz. Zatən aldada da bilməzsən. Belə şeylərin ömrü "40 gün" çəkir. Elə arvadını aldatdığını zənn etdiyi üçün Mersedesi xurd-xəşil olan hövsanlı axmaq kimi. Əgər aldadırsansa, bir gün mütləq üstü açılacaq. Açılmırsa, deməli, səni də aldadırlar.
Qonşuluqda bir "krutoy" qaqaş var, nə iş gördüyü bəlli deyil, harasa gedib-gəlir. Cavan, gözəgəlimli arvadı və 2 uşağı var. Bu günlərdə eşitdim ki, qadın qeyri-adi bir yerdə işə düzəlib. Soruşdum ki, ixtisası uyğun gəlir? Dedilər ki, yox e, heç bir ixtisası-zadı yoxdur. Sadəcə, həmin müəssisənin xidmətindən istifadə edirmiş, oradakıların xoşuna gəlib və iş təklif ediblər.
Bir müddət sonra eşitdim ki, öz qohumları qadına bahalı hədiyyələr eilməsi haqda dedi-qodu edirlər. Heç bir münasibətsiz-filansız və ərinin vecinə deyil, hər gün geyinib-kecinib damağında siqaret telefonuna baxa-baxa harasa gedir.
Ərz edim ki, belə kişilər, ailə başçıları son zamanlar hədsiz çoxalıb və günlərin bir günü eşidirik ki, arvadını bıçaqlayaraq öldürüb.
Düşünürəm ki, son zamanlar leksikonumuza daxil olan və aktiv işlənən "peysər" sözü də bununla bağlıdır. Sözün əsl mənasında cəmiyyətimizdə peysərləşmə gedir. Axırda da bu adı üzərlərindən götürmək üçün bıçağa əl atırlar.
Avropada, Rusiyada bu ona görə yoxdur ki, orada artıq hamı "peysərdir" və bu səbəbdən də ictimai qınaq yoxdur, namus təmizləməyə ehtiyac duyulmur. Ancaq bizdə bu proses yeni başlayıb, sürətlə getsə də, heç vaxt sona çatmayacaq. Çünki istiqanlılığımız, temperamentimiz, mental dəyərlərimiz, üstəlik dinimiz və məzhəbimiz tam "peysərləşməyimizə" imkan vermir. Bunu burada ruslar edə bilmədilər, Avropa da edə bilməyəcək. Odur ki, ən yaxşısı əksəriyyətin namuslu, qeyrətli, diqqətli, ailəsinə sadiq, dürüst olması, özünə rəva bilmədiyini başqasına da bilməməsidir...
P. S. Bir dəfə bir "kruqda" bu haqda söhbət edirik, ölkədə iki tanınmış şəxs də var. Biri tanınmış şair, digəri sayt redaktorudur. Şair dedi ki, qadın nədir ki, o mənim namusum olsun. O biri də dedi ki, bizim qadınları buraxsan da heç yerə gedən və heç nə edən deyillər.
Mən başa düşmürəm, əgər həyatını, yatağını, duyğularını, uşaqlarını, ocağını bölüşdüyün insanı namusun saymırsansa, o halda namus bəs nədir? Yekə-yekə deyəcəksən ki, vətəndir. Amma Vətən də elə ailədən, evdən, ocaqdan başlayır. Bunları namusu saymayan vətəni heç saymaz. Onu kimsə dəhmərləyib, cəbhəyə göndərə bilər, amma ürəyində heç vaxt vətən sevgisi olmaz.
İkincisi, niyə düşünürsən ki, bizim qadınları buraxsan da heç yerə getməzlər? Özü də bunu 2 dəfə evlənən adam deyir. Əvvəla, sən gedirsənsə, o niyə getməsin? İkincisi də, artıq o dövr deyil. Artıq bir çox qadınlar öz dəyərlərini, hüquqlarını bilir, alçalmaq istəmirlər. Ondan sədaqət istəyirsənsə, sadiq olmalısan. Yoxsa bir gün getməz, iki gün dözər, amma axırda sırf səndən qısas almaq üçün nə desən edər...
MİA.AZ
Türkiyə FAO şurasına üzv seçildi - Rusiya və Belarus isə...
Prezidentdən “Zəfər” şousundan paylaşım - VİDEO
İran prezidenti Füzuliyə gəldi - FOTO
"Prezidentiniz İlham Heydər oğlu Əliyevi qoruyun" - VİDEO
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
Azərbaycan nefti daha bir dollar qalxdı
Ərdoğanın maaşı artdı - Bəs nazir və deputatlar nə qədər alacaq?
Beynəlxalq axtarışda olan Elçin Təhməzov tutuldu
Professor Ümüdvar Əliyevin oğlu qəzada ölüb
100-dən çox deputat və parlament işçisi zəhərlənib: "İki gündür dayanmadan qusuruq..." - Türkiyə parlamentində nə baş verir?
“2 gün sonra önəmli açıqlamalar verəcəm” deyən Yakutin ölümü müəmmalı ölümü - Həbsdən çıxan kimi kimi axtarıb?
Ərdoğan bu gün Xankəndiyə gəlir - Hansı mesajlar veriləcək?
İsrailli əsirlərin qohumları etiraza qalxıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qarpızın qiyməti düşdü, kəndli sata bilmədiyi qarpızları yerə vurdu
İsrailli nazir: "Qəzzanı tam işğal etməliyik"
İkardi İstanbula dönə bilmir - Hücumçu üç vəkil tutub
İstefasından 8 gün geri dönən Emre Belözoğlu vəd verdi
"Cevat Akarsu" anasının yanında dəfn olunub
Rövşən Lənkəranskinin xalası oğlu və daha bir "Qanuni oğru" Rusiyada saxlanıldı - VİDEO
"Beşiktaş"da sürpriz ayrılıq - Raşica alman klubu ilə anlaşdı
Müğənni Hadisə özünü elə dəyişdirdi ki... - FOTO
Tramp və Putin arasında bir saat çəkən müzakirə - Rusiya Ukrayna məsələsində geri çəkilməyib, Tramp isə narazıdır
İzmirdə yanğın: meşəbəyi ölüb
Evlərdə işıq, qaz və su... - Şişirdilmiş qiymətlər və ya itki necə aşkarlana bilər?
İlham Əliyev və Qırğızıstan prezidenti Ağdamda: Xıdırlı kəndinin 1-ci mərhələsinin və məktəbin açılışı oldu - FOTOLAR (Yenilənib)
Azərbaycana bu məhsullarının gətirilməsi qadağan olunub
Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə imtahan... - Suallar qəsdən çətin salınır, yoxsa?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycan dili üzrə iyunun 29-da keçirilən test imtahanının nəticələri elan olunub
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
Şahbaz Şərif Füzuli Beynəlxalq Hava Limanında qarşılandı - FOTO
Prezident İlham Əliyev Xankəndidə - FOTOLAR (Yenilənib)
Azərbaycan və Özbəkistan prezidentləri Xankəndidə fabrikin fəaliyyəti ilə tanış olublar
Güclü külək əsəcək - Xəbərdarlıq
Müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsinə start verilir
Sadır Japarov Azərbaycana gəlib
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
ONLAR KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ HAKİM TƏYİN OLUNUR - Siyahı
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb