Məşhur müğənniyə səhnədə telefonla zərbə endirildi: diz üstə çökən müğənninin başı partladı - FOTO

img

20-06-2023 [11:24]


ABŞ-ın Nyu-York şəhərində konsert verən məşhur amerikalı müğənniyə telefonla zərbə endirilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Bebe" ləqəbli Bleta Rexha səhnədə oxuyarkən bir tamaşaçı  gözlənilmədən ona telefon fırladıb.

Nəticədə müğənni aldığı zərbədən diz üstə çöküb, onun başından qan axmağa başlayıb.

Məlumata görə, dərhal əməliyyata başayan polis telefonu fırladan 27 yaşlı şəxsi saxlayıb.

Aldığı zərbədən sonra səhnəni tərk edən müğənni isə "İnstagram"dakı hesabından paylaşım edib.

O, qaşının partladığını deyərək, bildirib ki, hazırda özünü yaxşı hiss edir. "İnstaqram"da 10,7 milyon izləyicisi olan müğənninin paylaşımına qısa zamanda minlərlə "keçmiş olsun" şərhi yazılıb.

Ləman

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA