AVROPADA MÜHACİR OYUNU BAŞA ÇATDI, BU ÖLKƏ Aİ-yə QARŞI ÇIXDI: "Almaniya bizə ağıl öyrədə bilməz" - "Referenduma gedəcəyik"
16-06-2023 [09:03]
Polşanın hakim Hüquq və Ədalət Partiyasının lideri Yaroslav Kaçinski Avropa İttifaqının (Aİ) məcburi köçkünlərlə (miqrant) bağlı təsdiqlədiyi kvotanı qəbul etməyəcəklərini bəyan edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Polşanın PAP Xəbər Agentliyinə açıqlama verən Kaçinskinin sözlərinə görə, məsələ dərinləşərsə, o zaman Aİ-nin tələbini referenduma çıxaracaqlar: "Bilirsiniz ki, Polşanın ukraynalı qaçqınları qəbul etməsi Aİ-nin hazırkı bu qərarını qəbul etməsində mühüm rol oynayıb. Bəli, Polşa indiyədək bir neçə milyon ukraynalı qaçqını mübahisəsiz qəbul edib. Qəbul etdiyimiz qaçqınlardan 1,5-2 milyonu əbədi olaraq ölkəmizdə qaldı. Onlar nə geri döndü, nə də digər Avropa ölkələrinə yollandı. İndi də bizi məcburi miqrasiya kvotasını qəbul etməyə sürükləyirlər. Belə bir tələbi əsla qəbul və təsdiq etməyəcəyik. Yox, əgər Aİ bizə qarşı təzyiqi artırarsa, o zaman məsələni referenduma çıxaracağıq. Polşa xalqı bu məsələdə öz qərarını verməlidir".
Ölkənin Baş nazir Moraviecki də Aİ-nin miqrasiya ilə bağlı yeni razılaşmasını tənqid edib.
O bildirib ki, kimsə Polşaya yol göstərə bilməz:"Biz polyaklar həmrəyliyin və mərhəmətin nə olduğunu çox yaxşı bilirik. Almaniya başda olmaqla, heç kim bizə ağıl verə və həmrəyliyi öyrədə bilməz".
Polşa parlamentində çıxış edən Moraviecki əlavə edib ki, ölkənin təhlükəsizliyini qorumaq onların əsas prioritetidir: "Ona görə də, biz Aİ-nin son miqrasiya razılaşmasına qarşı çıxmağa davam edəcəyik. Təkrar edirəm, heç kim, xüsusən də Almaniya bizə həmrəylik öyrədə bilməz. İkinci Dünya Müharibəsində bizə təzminat ödəməli olan Almaniya bizi həmrəyliyə çağırmağa cürət etməməlidir...".
Xatırladaq ki, Avropa İttifaqı ölkələrinin Daxili işlər nazirləri iyunun 8-də Lüksemburqda miqrant problemi ilə bağlı iclas keçiriblər. İclasda qərara alınıb ki, bu sahədə birgə islahat aparılsın, birgə hərəkət etsinlər: "Aİ ölkələri miqrantlarla bağlı birgə qanun çərçivəsində həərkət etməyə qərar veriblər. Razılığa görə, təhlükəsiz hesab edilən ölkələrdən gələn qeyri-qanuni miqrantlar Aİ-yə üzv istənilən dövlətin sərhədini keçdikdən dərhal sonra "qaçqın düşərgələri"nə yerləşdiriləcəklər. Orada onlar çox ciddi nəzarət altında 3 aydan 6 ayadək hərtərəfli yoxlanılacaq. Hansı ölkədə qalmaq və ya işləmək istədikəri barədə müraciətləri ətraflı öyrəniləcək. Münasib bilinərsə, qalacaqlar, yox, bilinməzsə, həmin miqrantlar dərhal ölkələrinə geri göndəriləcəklər".
Məlumatda o da deyilir ki, Aİ ölkələrinin DİN başçılarının razılaşmasına əsasən, Aİ-yə daxil olan hansı ölkə bu razılaşmaya əməl etməzsə, o zaman həmin ölkə miqrant qəbul edən digər ölkəyə hər miqranta görə 20 min avro təzminat ödəyəcək: "Bundan əlavə, nazirlər qərara alıblar ki, ildə maksimum 30 min miqranta sığınacaq verilsin...".
Onu da xatırladaq ki, bu razılaşmaya Polşa ilə yanaşı, Macarıstan da qarşı çıxıb. Lakin Aİ-nin digər 25 ölkəsinin "hə" deməsi razılaşmanın qəbulu ilə yekunlaşıb.
Lamiyə Əhmədli
MİA.AZ
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb