Qaxda güclü daşqın: yük maşını çayda batdı - VİDEO

img

07-06-2023 [10:10]


Qaxda baş verən daşqın yük maşınını çayda batırıb.

Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Qax rayonunun Əmircan kəndi ərazisində vətəndaşın çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Qazel” markalı yük avtomobili Əmircan çayını keçərkən qəflətən sel gəlməsi nəticəsində çayda batıb və avtomobilin sürücüsü təhlükəli vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə təhlükəli vəziyyətdə qalmış 1986-cı il təvəllüdlü Yahyayev Famil İslam oğlunu çaydan çıxararaq xilas ediblər.

Xatırladaq ki, ötən gecə yağan güclü yağəşlar bəzi rayonlarda sel fəlakətinə səbəb olub.

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub