Balotellinin dünyası başına yıxıldı: "Sion" 17 ildən sonra aşağı liqaya düşdü

img

07-06-2023 [10:02]


Mario Balotellinin oynadığı “Sion” İsveçrədə aşağı liqaya düşüb. 

Mia.az xəbər verir ki, "Sion" play-out matçında "Lozanna-Ouşi"yə ilk matçda 2-0, cavab oyununda isə 4-2 hesabı ilə məğlub olub. Bununla da "Sion" 17 ildən sonra ilk dəfə aşağı liqada çıxış edəcək. 

Qeyd edək ki, italiyalı məşhur futbolçu İsveçrə komandasının heyətində 18 oyuna çıxıb, cəmi 6 qol vurub.

Onu da xatırladaq ki, mövsümün əvvəlində "Adana Dəmirspor"dan "Sion"a transfer olunan Mario Balotelli tez-tez orada azarkeşlərin etirazlarına səbəb olub. Hətta ötən ay qol vura bilməməsinə görəşazarkeşlər onun formasını meydanda yandırıblar.

Fəırid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR