Xersonda təbii fəlakət: Azərbaycan və Türkiyənin təşkilatları birgə səfərbər olunub - VİDEOLAR

img

07-06-2023 [00:22]


Xəbər verdiyimiz kmi, Ukraynanın Xerson vilayətinin Rusiyanın nəzarətində olan Nova Kaxovka ərazisində Su Elektrik Stansiyasının su anbarındakı bəndin dağıdılması bölgədə növbəti fəlakət təhülkəsi yaradıb.

Mia.az xəbər verir ki, artıq ərazidə təxliyə başlanılb və bu prosesdə Ukraynada yaşayan həmyerlillərimizlə bərabər, qardaş Türkiyənin yardım humanitar təşkilatları da əllərindən gələn dəstəyi zərərçəkənlərə verirlər. 

Bu barədə Mia.az-a açıqlama verən Odessada yaşayan azərbaycanlı jurnalist Anar Natiqoğlu deyib ki, hazırda bölgədə yaşanan fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində əllərindən gələni edirlər.

Jurnalist qeyd edib ki, bu məsələdə Ukrayna Azərbaycanlıları Radasının Nikolayev təşkilatı ilə qardaş Türkiə dövlətinin humanitar yardım təşkilatları da səfərbər olunublar: "Ümid edirəm ki, Ukrayna və onun zərərçəkən xalqına hər zaman olduğu kimi, bu dəfə də lazımı köməklik göstərə biləcəyik. Deyə bilərəm ki, artıq bir çox şəhərlərdə yaşayan bir çox soydaşlarımız da bizim vasitəmizlə öz köməkliklərini göstərirlər".

Ukrayna Azərbaycanlıları Radasının Nikolayev təşkilatının sədri Zaur Ağabəyovun sözlərinə görə, bir ildən çoxdur Ukrayna əhalisinə humanitar dəstək olan İBC (Ulusrararası Mavi Hilal) təşkilatı bu gün də ekoloji fəlakət qurbanı olan mülki əhalinin xidmətindədir: "Təşkilatın savaşın ilk vaxtlarından Nikolayev şəhərində əhalinin istiliklə təminatından tutmuş, isti yemək və çörəklə təminatı və digər humaitaryönümlü kampaniyalarda əvəzsiz rolu var. Türkiyəli qardaşlarımızın qurduğu çadır bu gün xüsusiylə ciddi rejimdə çalışır...".

Zaur Ağabəyov bildirib ki, qardaş Türkiyəmizin Fondu ilə hər zaman çiyin-çiyinə çalışan Ukrayna Azərbaycanlıları Radasının Nikolayev təşkilatı da əlindən gələni edir: "Hazırda qardaş ölkənin humanitar təşkilatının həmsədri Recep Uker, Odessa şöbəsinin koordinatorları Burhan Dülgər və Artyom Bulqaru da Nikolayevdədirlər. Onlar ekoloji fəlakət qurbanlarına lazım olan ilk zəruri qida və digər təminatların çatdırılmasına birbaşa nəzarət edirlər".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR