Diaqne "Karagümrük"lə vidalaşdı - Hücumçu hansı kluba keçəcək?

img

07-06-2023 [00:04]


Spor Toto Super Liqanın son həftəsində "Fatih Karagümrük" öz meydanında "Kasımpaşa" ilə qarşıaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Fatih Karagümrük" "Kasımpaşa"nı 3-0 hesabı ilə məğlub edib. 

Bununla da "Fatih Karagümrük" 51, "Kasımpaşa" isə 43 xalla liqanı başa vurub.

Matçdan sonra komandadan ayrıldığını açıqlayan "Fatih Karagümrük"lü hücumçu Diaqne deyib ki, müqaviləsi başa çatır: "Mən "Karagümrük"dən ayrılıram. Buradakı hər kəsə çox təşəkkür edirəm. Yəqin ki, Türkiyədə qala bilərəm. Hər komanda ilə danışığa hazıram. Avropada təklif edir. Halbuki mən buranı sevirəm, buranın insanları sevirəm. Buradan gələcək təklifi dəyərləndirəcəyik”.

Xatırladaq ki, bu mövsüm 35 rəsmi oyuna çıxan təcrübəli hücumçu 25 qola imza atıb. O, liqada 23, kubokda isə 2 qol vurub. Seneqallı hücumçu həm də liqada 5 məhsuldar ötürmə edib.

Məlumatda o da deyilir ki, hücumçu "Trabzonspor"a keçəcək. 

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR