Siyavuş Novruzovdan şok iddia: "Müəyyən maaş vədiylə keçmiş hərbçilərə "əməkdaşlıq" təklif olunur"

img

06-06-2023 [13:22]


"Ayrı-ayrı ölkələrdə yaradılan saytlar vasitəsiylə Azərbaycandakı hərbçilərə müraciətlər daxil olur. O cümlədən keçmiş Əfqanıstanda xidmət edən hərbçilərə müraciətlər olur”.

Mia.az xəbər verir ki, bu sensasiyalı iddianı deputat Siyavuş Novruzov Milli Məclisin bugünkü iclasında deyib.

O bildiirib ki, belə saytlar vasitəsiylə müəyyən maaş vədiylə keçmiş hərbçilərə "əməkdaşlıq" təklif olunur: “Əməkhaqları sadalanır ki, muzdlu şəkildə proseslərdə iştirak etsinlər. Hesab edirəm ki, bunun qarşısı ciddi şəkildə alınmalıdır".

Deputat vaxtilə İŞİD terror qruplaşmasına qoşulmalaır xatırladaraq, belə halalra qarşı sərt mübarizəyə çağıırş edib.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA