“Neftçi”nin məşqçisi cəzalandırılıb

img

06-06-2023 [13:10]


“Neftçi”nin məşqçisi Elmir Hüseynov AFFA İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırılıb.

Mia.az xəbər verir ki, buna səbəb mütəxəssisin “Qəbələ” ilə görüşün sonlarında texniki zonada dördüncü hakimə fiziki təzyiq göstərməsi olub.

E.Hüseynov bu hərəkətinə görə, 5-i şərti olmaqla 10 oyunluq cəzalandırılıb. Ona 6 ay sınaq müddəti təyin edilib.

“Neftçi”nin futbolçusu Fərid Səfərli isə eyni turnirdə “Səbail”lə matçın sonlarında rəqibi əllə vurduğundan, 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Bundan başqa, İCBFA-nın futbolçusu Nihad Mahmudzadə və “Kəpəz”in oyunçusu Elşən Mirzəyev “Zirə” ilə qarşılaşmalarda, “Səbail”in üzvü Ayxan Bədizadə isə “Neftçi” ilə görüşdə qırmızı vərəqə aldıqları üçün 1 tur buraxmalı olacaqlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR